Dünya
14 iyul 2020
315
Alimlər koronavirusa yeni yoluxma riskini aşkarladılar
Yerimə tempi və artıq çəki koronavirusun ağır formada inkişafı riski ilə əlaqəli ola bilər.
Report xəbər verir ki, onların tədqiqatının nəticələri mətbuatda dərc edilib.
Alimlər 400 mindən çox britaniyalının sağlamlıq vəziyyəti haqqında məlumatları təhlil edərək belə nəticəyə gəliblər ki, piylənmədən əziyyət çəkən insanların 49 faizdən çoxunda koronavirus xəstəliyinin ağır formasının inkişafı riski mövcuddur. Bu halda mütəxəssislər qeyd edirlər ki, bədən quruluşundan asılı olmayaraq yavaş yeriyən insanlar daha çox risklə üzləşirlər.
Xüsusi halda, normal çəkiyə malik, saatda 4,8 kilometr sürətlə gedən insanlar, saatda 6,4 kilometr sürətlə gedənlərlə müqayisədə COVID-19-un ağır formasına yoluxma riskinə iki dəfə çox malikdirlər.
Beləliklə, tədqiqatçılar bu nəticəyə gəliblər ki, piylənmə dərəcəsindən asılı olmayaraq yerimə tempi koronavirusun ağır formasının riski amilidir.
Daha əvvəl Britaniyanın Tibbi Araşdırma Şurasının Molekulyar Biologiya Laboratoriyasının alimləri COVID-19 olan xəstələrdə ölüm riskini artıran bir neçə təhlükəli mutasiya aşkar ediblər. Öz növbəsində Çin tədqiqatçıları da nəticəyə gəliblər ki, COVID-19 infeksiyasından ölüm faizi riskini yüksəldən amillərdən biri də qanda şəkərin həddən artıq yüksək olması - hiperqlikemiyadır.
Qeyd edək ki, yeni koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Daha çox xəbər:
Bu qidalar COVID-19-dan ölüm riskini 35% azaldır — ARAŞDIRMA
ÖlkəKoronavirusun insan üçün daha bir təhlükəli fəsadı açıqlandı
DünyaTürkiyədə koronavirus xəstələrinin sayı 202 mini ötdü
DünyaTramp koronavirus vaksininin tezliklə yaradılacağına söz verdi
DünyaKoronavirusun yeni növü aşkarlandı, sürətlə yayılır
Dünya