Ölkə
14 iyul 2020
337

Bu qidalar COVID-19-dan ölüm riskini 35% azaldır — ARAŞDIRMA

Bu qidalar COVID-19-dan ölüm riskini 35% azaldır — ARAŞDIRMA


Fransa və Portuqaliyadan olan elm adamları ortaq araşdırma aparıblar.
Araşdırma zamanı müəyyən edilib ki, fermentləşdirilmiş (duzlu və ya turşu) tərəvəzlərin vaxtaşırı istifadəsi immunitet sistemini gücləndirir və koronavirusdan ölüm riskini 35% azaldır.

Mütəxəssislər fərziyyə irəli sürərək bildiriblər ki, antioksidantla zəngin qidalar COVID-19-un şiddətinə əhəmiyyətli təsir göstərir. Həmçinin bağırsaqda faydalı bakteriya populyasiyasının artmasına öz töhfəsini verir. Fermentləşdirilmiş məhsullar bu xüsusiyyətlərdən hər ikisinə malikdir. Bu məhsullar arasında ən çox sevilən pomidor və kələm turşusu da var.
Komanda fərziyyənin doğruluğunu yoxlamaq üçün Avropa Qida Təhlükəsizliyi Təşkilatının (EFSA) qida istehlakı məlumat bazasını təhlil edib. Avropa Birliyində hansı ölkələrin ən çox duzlu, turşu tərəvəz, süd və qatıq yediyini izləyib. Bu məhsulların istehlak nisbətlərinin COVID-19-dan ölüm nisbəti ilə necə əlaqəli olduğunu təhlil edib.

Tədqiqatçılar araşdırılan bütün məhsullardan yalnız duzlu və turşu tərəvəzlərin ölkədəki ölüm sayına əhəmiyyətli təsir göstərdiyini bildiriblər. Onların bölgədə tez-tez istifadəsi ölüm hallarını orta hesabla 35% azaldıb. (publika.az)