İdman
29 iyun 2020
337
Məşhur güləşçimiz axtarışa verildi — Ölüm ittihamı
Azərbaycan milli komandasının güləşçisi Nurməhəmməd Hacıyev qətldə ittiham olunur.
Apasport məlumatına görə, bunu Dağıstan Daxili İşlər Nazirliyinin rəsmi instaqram səhifəsi açıqlayıb.
24 yaşlı sərbəst üsulla güləşən təmsilçimiz “Daqavtodor” və “Kaspi” Yollar İdarəsinin sabiq rəhbəri Məhəmmədrəsul Ömərovun qohumu Abdulbasir Ömərovun ölümündə təqsirləndirilir. Məlumatda bildirilir ki, Hacıyev axtarışa verilən üç şəxsdən biridir: “Aparılan tədbirlər nəticəsində müəyyənləşib ki, bu cinayətin törədilməsi 1995-ci il təvəllüdlü Surakat Asiyatilov, 1994-cü il təvəllüdlü Hüseyn Asiyatilov, 1996-cı il təvəllüdlü Nurməhəmməd Hacıyevlə bağlıdır. Adları çəkilən şəxslərin axtarışı barədə rəsmi qərar iyunun 26-da imzalanıb. Həmin vaxta qədər isə yalnız ilkin informasiya olub”.
Qeyd edək ki, 97 kq çəki dərəcəsində çıxış edən Nurməhəmməd Hacıyev 2018 və 2019-cu illərdə keçirilən Avropa çempionatlarının bürünc, Minsk-2019 II Avropa Oyunlarının gümüş mükafatçısıdır. O, gənclər və yeniyetmələr arasında müxtəlif turnirlərin qalibi olub.
Daha çox xəbər:
Şamaxıda çobanı arvadının gözü qarşısında güllələdilər — Dəhşətli qətlin sə ...
KriminalMəşhur bloger Hüseyn Həsənov Moskvada saxlanıldı
KriminalBakının giriş-çıxışlarında yaranan tıxacın səbəbi bəlli oldu — RƏSMİ
Gündəm, ÖlkəMübariz Mənsimovla bağlı QƏRAR VERİLDİ – RƏSMİ/VİDEO
Gündəm, Siyasət34 yaşlı kişi ondan ayrılmaq istəyən arvadını yataqda öldürdü — Gəncədə dəh ...
Kriminal