Dünya
14 avqust 2020
261

Türkiyədə daha 21 nəfər koronavirusdan vəfat edib

Türkiyədə daha 21 nəfər koronavirusdan vəfat edib


Son sutka ərzində Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasından daha 21 nəfər ölüb.
Bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca sosial media hesabında məlumat verib.

Məlumatda deyilir ki, bu gün 1243 nəfərin koronavirus testinin cavabı pozitiv çıxıb. Həmçinin 968 xəstə sağalaraq evə buraxılıb.
Bununla da Türkiyədə ümumilikdə 245 635 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 5912 nəfər ölüb.

Türkiyədə daha 21 nəfər koronavirusdan vəfat edib