Dünya
21 sentyabr 2020
326
Trampı zəhərləmək istəyən şəxs saxlanıldı

ABŞ sərhədçiləri Birləşmiş Ştatların prezidenti Donald Trampa zəhərli bağlama göndərən şəxsi yaxalayıblar.
Report xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarına istinadən NBC telekanalı bildirib.
Qeyd edilir ki, ölümlə nəticələnə biləcək zəhəri göndərən kişi Kanadadan ABŞ-a gəlmək istəyən zaman saxlanılıb.
Polis hələ cinayətkarın şəxsiyyətini açıqlamayıb. Hadisənin başvermə şəraiti və səbəbləri araşdırılır.
Daha əvvəl şənbə günü – sentyabrın 19-da Ağ Evə, Donald Trampın ünvanına zəhərli bağlama göndərilib, ancaq bağlama yoxlama məntəqəsində zərərsizləşdirilib.

Daha çox xəbər:

Türkiyədən olan bu sifarişlərdə çatdırılma pulsuz olacaq - Şad xəbər
Ölkə
Tramp koronavirusla bağlı təhlükəni öncədən bilirdi?
Dünya
“ABŞ-ı ikinci Venesuelaya çevirəcəklər” - Tramp
Dünya
Trampa qarşı sui-qəsd? – Ağ Evdə silahlı şəxs vuruldu
Dünya
Azərbaycanda yanacaqdoldurma məntəqəsində partlayış — Yaralılar var - YENİL ...
Kriminal