Dünya
01 oktyabr 2020
316
Ərdoğandan Rusiya, ABŞ və Fransa prezidentlərinin Dağlıq Qarabağla bağlı bəyanatına REAKSİYA
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya, ABŞ və Fransa prezidentlərinin Dağlıq Qarabağla bağlı bəyanatına münasibət bildirib.
“Reuters” xəbər verir ki, o, həmkarları Vladimir Putin, Donald Tramp və Emmanuel Makrona xəbərdarlıq ünvanlayıb:
“Bu quldur dövlətə dəstək verənlərə xəbərdarlıq edirəm. Qarabağın işğalını görməzdən gələn iki üzlü ölkələrin müraciətləri bizim üçün əhəmiyyət kəsb etmir”.
O, bildirib ki, bölgədə dayanıqlı sülhün yolu ermənilərin işğal etdikləri hər qarış Azərbaycan torpağından geri çəkilməyindən keçir.
Ərdoğan hər üç ölkə liderlərinin Dağlıq Qarabağ problemini artıq müzakirə etdiyini, ancaq bunun heç bir nəticəyə gətirib çıxarmadığını xatırladıb. (Oxu.Az)
Daha çox xəbər:
Həmsədrlərdən Dağlıq Qarabağda vəziyyətlə bağlı BƏYANAT
SiyasətTramp, Putin və Makron Qarabağla bağlı birgə bəyanat verəcəklər
DünyaPutin və Makron Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər
Dünya“Ermənistan Cənubi Qafqazda sülhə aparan yolda əsas maneədir” - Ərdoğan
DünyaQarabağla bağlı “şirnikləndirici” təklifin səbəbi
Dünya