Dünya
06 oktyabr 2020
265
Şimali Kipr növbəti dəfə Azərbaycanı dəstəklədi

Şimali Kipr Türk Respublikasının (ŞKTR) baş naziri Azərbaycanın yaşayış məntəqələrinin Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulmasına münasibət bildirib.
ŞKTR-in baş naziri Ərsin Tatar bildirib ki, Azərbaycanın yaşayış məntəqələrinin atəşə məruz qalmasını qətiyyətlə pisləyir və Ermənistan Silahlı Qüvvələrinin hərəkətlərini yolverilməz hesab edir.
"Türkiyə Kipri Azərbaycanı dəstəkləyib və Azərbaycandakı qardaşlara dəstəyini davam etdirəcək. Türkiyə bu məsələdə lazım olan hər şeyi edir", - Ərsin deyib.
Siyasətçi həmçinin Araılq dənizinin şərq hissəsində yaranmış vəziyyəti şərh edib.
"ŞKTR və Türkiyə regionda öz qanuni hüquqlarını müdafiə edirlər", - baş nazir deyib.
Daha çox xəbər:

Əfqanıstan növbəti dəfə Azərbaycana dəstək verib
Siyasət
Ermənilərin yaşayış məntəqəsini atəşə tutması nəticəsində Ağdamda 97 ev və ...
Kriminal
Kipri qorxu bürüdü: Blef deyil, türklər bunu edəcəklər
Dünya
Türkiyə XİN: “Bütün imkanlarımızla qardaş Azərbaycanın yanındayıq”
Dünya
Nazirdən Ermənistana sərt çağırış: “Ermənistan ağlını başına toplasın, Azər ...
Dünya