Dünya
12 oktyabr 2020
296
Qırğızıstan portalı Ermənistan tərəfindən Gəncənin atəşə tutulması ilə bağlı xəbərlər yayıb

Qırğızıstanın “goldenbridgenews.com” saytı Gəncənin Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulması ilə bağlı xəbərlər yayıb.
AZƏRTAC-a istinadla yayılan materiallarda Ermənistanın humanitar atəşkəs rejimini elə imzalandığı gün pozaraq Gəncəni raket atəşinə tutması, nəticədə 9 mülki şəxsin həlak olduğu, 34 nəfərin yaralandığı barədə məlumat verilib. Həmçinin AZƏRTAC-ın müxbirinin hadisə yerindən çəkdiyi 26 foto da təqdim edilib.
Portal, həmçinin Gəncənin raket atəşinə tutulması ilə əlaqədar Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatını da yayıb.
Qeyd edək ki, “goldenbridgenews.com” saytı Azərbaycan Prezidenti İlham Əliyevin “CNN International” və “Sky News” telekanallarına müsahibələrinin tam mətnini dərc edib.


Daha çox xəbər:

Avropa Xəbər Agentliyi Papanın Qarabağa təcavüz barədə fikirlərini dərc edi ...
Dünya
Kanada Azərbaycanlıları Şəbəkəsi Gəncənin atəşə tutulması ilə bağlı bəyanat ...
Dünya
Gorusdan Azərbaycan əraziləri atəşə tutulur: Ölən və yaralananlar var - RƏS ...
Kriminal
Müdafiə Nazirliyi cəbhənin Naxçıvan istiqamətindəki durumla bağlı məlumat y ...
Hadisə
Evlərin atəşə tutulması ilə bağlı cinayət işi başlandı
Kriminal