Dünya
12 oktyabr 2020
315
Paşinyan Gürcüstan ərazisinə iddia etdi
Ermənistanın baş naziri Nikol Paşinyanın rəsmi “Facebook” səhifəsindəki paylaşımı Gürcüstan ictimaiyyətində böyük hiddətlə qarşılanıb.
Report xəbər verir ki, paylaşımda Gürcüstanın Samtsxe Cavaxeti bölgəsində yerli ermənilərin bu yaxınlarda keçirdikləri aksiyadan fotoşəkil yer alıb.
Fotoşəkilin üzərində aksiyanın keçirildiyi yer olaraq “Javakhk” (“Cavakx”) yazılıb.
Qeyd edək ki, erməni millətçiləri və separatçıları Samtsxe Cavaxeti bölgəsini bu cür adlandırırlar. Onlar bu bölgəni Gürcüstanın bir hissəsi hesab etmirlər.
N.Paşinyanın bu paylaşımına minlərlə gürcü kəskin etirazını bildirərək “Gürcüstanda Cavakx yoxdur. Bura Gürcüstanın ərazisi Samtsxe Cavaxetidir”, “Ermənistanın baş naziri Gürcüstanda separatizmi təşviq etmirmi? Samtsxe Cavaxeti Gürcüstanın olub və olacaq” və digər bu kimi şərhlər yazıblar.
Bununla bir daha sübut olunur ki, Ermənistan rəhbərliyi ərazi bütövlüyü prinsipinə hörmətsiz yanaşır, qonşu Gürcüstana da ərazi iddiası var və bu məqsədlə açıq şəkildə separatizmi alovlandırır.
Daha çox xəbər:
Azərbaycan və Gürcüstan XİN başçılarının görüşü başladı
Siyasət“Silah qalmaqalı” Bakı ilə Tbilisinin münasibətlərinə necə təsir etdi?..
Gündəm, Siyasət“Azərbaycan bizi aclıqdan xilas etdi, bunu unutmarıq” — Saakaşvili + VİDEO
DünyaAzərbaycan-Gürcüstan sərhədi nə zaman açılacaq? — RƏSMİ AÇIQLAMA
ÖlkəPaşinyan Ermənistanın məğlub olduğunu bəyan etdi
Dünya