Dünya
19 oktyabr 2020
320
Ərdoğan: “Azərbaycan haqlı mübarizəsində qalib olacaq”
“Azərbaycanlı qardşlarımız Ermənistana qarşı çox ciddi mübarizədədir. Biz niyə Azərbaycanda varıq, niyə qardaşlarımızın yanındayıq? Çünki biz haqqın və haqlının yanındayıq, zülm harda varsa, ona qarşıyıq”.
APA xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin Şırnak vilayətində keçirilən konqresdəki çıxışında bildirib.
Ərdoğan Azərbaycanla Ermənistan arasında daha bir atəşkəsin elan olunduğunu xatırladaraq, qeyd edib ki, Ermənistan bir daha təxribata yol verib və atəşkəsi pozub: “Bu gecə atəşkəs elan edildi, amma Ermənistan yenə atəşkəsi pozdu. Bütün bu həqiqətlər ortada ikən Qərb səs çıxarırmı? Çıxarmır. Türkiyənin səsi çıxınca isə, qınanırırq. Susmayacağıq, dayanmayacağıq”.
Türkiyə Prezidenti bildirib ki, Azərbaycanın haqlı mübarizəsində qələbə çalacağına inanır: “Kimdir Minsk Qrupu həmsədrləri? Rusiya, Fransa, Amerika. Bunlar Ermənistana hər cür silah dəstəyi verirlərmi? Verirlər. Bütün bunlar edilərkən azərbaycanınlı qardaşlarımız canları bahasına mübarizə aparırlar. 30 ildir ABŞ, Rusiya, Fransa bu müzakirəni bitirib, qardaşlarımızın torpaqlarını geri almasına imkan yaratmadılar. İndi Azərbaycan işğalda olan öz torpaqlarını azad edir, bundan təbii nə ola bilər? Allah yar və yardımçıları olsun! İnanırıq ki, onlar bu haqlı mübarizələrində qalib olacaqlar və bunu sidq-ürəklə diləyirik!”
Daha çox xəbər:
İlham Əliyev: “Minsk qrupunda elə ölkələr var ki, heç bu bölgə ilə maraqlan ...
Gündəm, ÖlkəƏrdoğan: "Ermənistan məğlub olduğu üçün Türkiyənin adını hallandırır"
DünyaƏrdoğan NATO rəhbəri ilə Dağlıq Qarabağı müzakirə etdi
DünyaƏrdoğandan Rusiya, ABŞ və Fransa prezidentlərinin Dağlıq Qarabağla bağlı bə ...
DünyaƏrdoğan Prezident İlham Əliyevə yunan səfirinə dediyi sözlərə görə təşəkkür ...
Dünya