Dünya
20 oktyabr 2020
263
Fransada daha bir məscid BAĞLANIR
Fransa hökuməti ölkədə islam radikallaşmasını əsas gətirərək daha bir məscidi bağlamaq qərarına gəlib.
Ölkənin Daxili İşlər Naziri Gerald Darmanin, TF1 kanalına verdiyi açıqlamasında, Paris ətrafında bir məscidin sosial media hesabında keçən həftə dərs zamanı Məhəmməd peyğəmbərin təhqiramiz karikaturasını göstərdiyi üçün başı kəsilərək qətlə yetirilən müəllimə qarşı kəskin mövqe bildirən paylaşım edilib.
Bundan başqa o, bağlanan məscidin din xadiminin uşaqlarının bu ayın əvvəlində Paris yaxınlığında Bobiqni şəhərində bağlanan bir məktəbin şagirdləri olduğunu bildirib.
Nazir son 3 ildə ölkənin "radikallaşdığını" iddia edərək məscidlər də daxil olmaqla 356 yerin bağlandığını və 411 əcnəbinin deportasiya edildiyini açıqlayıb.
Qeyd edək ki, Parisdə müsəlmanlara məxsus 51 dərnək və qeyri-hökumət təşkilatlarının dövlət tərəfindən idarə ediləcəyi, bəzilərinin isə Nazirlər Kabinetinin qərarı ilə bağlandığı bildirilir.
Daha çox xəbər:
Koronavirusa görə bağlanan bazardan XƏBƏR VAR
Cəmiyyətİntihar edən gənc müəllimə barədə məktəbin direktoru görün — NƏLƏR DANIŞDI ...
Kriminalİcra hakimiyyəti Şəmkirdə məscidin sökülməsi iddialarına cavab verdi — VİDE ...
Bölgə, VideoNazir bağlanan iş yerlərinin tezliklə açılacağını elan etdi
İqtisadiyyatDaha bir ölkədə maska rejimi təkrar tətbiq olunub
Dünya