Dünya
06 noyabr 2020
297
Konsul: "Ermənistan işğal olunmuş bütün torpaqları qaytarmalıdır"
"Ermənistanın müharibəni dayandırıb işğal olunmuş bütün torpaqları qaytarmasının vaxtı çatıb. Ermənilər onlara məxsus olmayan, qanunsuz işğal etdikləri torpaqlar uğrunda ölürlər".
Bunu "Report"a Azərbaycanın Almaniyadakı fəxri konsulu Otto Hauzer deyib.
Onun fikrincə, Ermənistanın baş naziri Nikol Paşinyan indi "Qarabağ klanı"nın güclü siyasi təzyiqi altındadır.
"Ermənistan əvvəl-axır başa düşməlidir ki, beynəlxalq hüquq öz müqəddəratını təyin etmək hüququndan daha üstündür. Dağlıq Qarabağ dünyanın heç bir ölkəsi, o cümlədən Ermənistanın özü tərəfindən tanınmır. Belə olan halda işğalı davam etdirməyin mənasını başa düşmürəm", - o söyləyib.
Onun sözlərinə görə, cəbhə xəttindən xeyli uzaqda yerləşən Azərbaycan şəhərlərinin raket atəşinə tutulması ilə Ermənistan tərəfi Azərbaycanı Ermənistan ərazisinə cavab zərbəsi endirməyə təhrik edir, təxribat törədir.
"Bununla onlar Rusiyanı müharibəyə cəlb etməyə çalışırlar. Çünki Rusiya onların müttəfiqidir. Bu, ermənilərin çarəsizliyindən xəbər verir. Buna görə insanların ölməsi dəhşətlidir. İndi Ermənistanın torpaqları Azərbaycana qaytarmaq, sülh yaratmaq üçün şansı var", - O.Hauzer deyib.
Daha çox xəbər:
Paşinyan növbəti dəfə rəzil duruma düşdü
Dünya“Danışıqlara geri qayıtmaq üçün Paşinyan “Qarabağ Ermənistan deyil” deməlid ...
Siyasətİlham Əliyev: “Onların fikrincə, hər şey çox məntiqlidir, lakin çox böyük s ...
Siyasətİlham Əliyev: “Ermənistan sülh istəmir, onlar bizim torpaqları həmişəlik iş ...
Gündəm, SiyasətPaşinyan Ermənistanın məğlub olduğunu bəyan etdi
Dünya