Dünya
11 noyabr 2020
259
ATƏT PA-nın prezidenti Qarabağda atəşkəsin əldə olunmasına münasibət bildirib
“Ümid edirəm ki, Dağlıq Qarabağ bölgəsində hərbi əməliyyatların dayandırılmasını nəzərdə tutan bəyanatın imzalanması münaqişə bölgəsindəki mülki şəxslərin həyatını qoruyacaq”.
Report xəbər verir ki, bunu ATƏT-in Parlament Assambleyasının prezidenti Giorgi Tsereteli bildirib.
O, müharibə zamanı həlak olanlarla bağlı başsağlığı verib və tərəfləri meyitlərin, hərbi əsirlərin mübadiləsinə dərhal başlamağa çağırıb.
G.Tseretelinin sözlərinə görə, dayanıqlı sülhə aparan yol bəzən müharibədən daha çətindir: “Məcburi köçkünlər və qaçqınların təhlükəsiz qayıtmasını təmin etmək, münaqişənin hərtərəfli həllinə nail olmağa və birgə gələcək qurmaq üçün bütün tərəfləri sülh danışıqlarına sadiqliklərini təsdiqləməyə çağırıram”.
Daha çox xəbər:
ATƏT-ə sədrlik edən Albaniya Dağlıq Qarabağda döyüşlərin dayandırılmasını a ...
DünyaHikmət Hacıyev: ""Ermənistan çalışır ki, üçüncü tərəfləri münaqişəyə cəlb ...
SiyasətHəmsədrlərdən Dağlıq Qarabağda vəziyyətlə bağlı BƏYANAT
SiyasətAŞPA cəbhədəki hərbi əməliyyatlarla bağlı bəyanat yayıb
Dünya“Ermənistan Cənubi Qafqazda sülhə aparan yolda əsas maneədir” - Ərdoğan
Dünya