Dünya
12 noyabr 2020
326
“Ermənilər Azərbaycan ordusunun gücünə tab gətirə bilmirdi” - ATƏT-in Minsk qrupunun keçmiş həmsədri
“Şuşanın Azərbaycan qüvvələri tərəfindən azad edilməsi ilə Xankəndidə olan erməni qoşunları və əhalisi üçün də kritik bir vəziyyət meydana gəldi və Rusiya bunun qarşısını aldı”.
Bunu ATƏT-in Minsk qrupunun keçmiş həmsədri Keri Kavano RİA Novosti-yə bildirib.
“Rusiyanın vasitəçiliyi ilə imzalanan Qarabağ sazişi böyük itkilərin qarşısını alıb. Azərbaycan artıq qələbəni hərbi əməliyyatlarla qazanmışdı”,- deyə, o, açıqlayıb.
Onun sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyan qanlı hadisələrin və Ermənistan dövlətinin tam çöküşünün qarşısını almaq üçün bu sazişə imza atıb.
Kavano Ermənistanı Dağlıq Qarabağla birləşdirən Laçın dəhlizinin faktiki olaraq tutulduğunu və şimal yolunun Azərbaycan ordusunun nəzarətində olduğunu vurğulayıb.
"Qarabağdan çıxış yolunun qalmadığını görən Paşinyan bu sazişi imzaladı. Moskva da vəziyyətin Ermənistanın Azərbaycan ordusunun hücumuna tab gətirə bilməyəcəyi yerə çatdığını açıq şəkildə bildirdi”,- deyə o, açıqlayıb.
Daha çox xəbər:
Hikmət Hacıyev: "Fransanın rəsmi şəxsləri əsassız şəkildə Azərbaycana qarş ...
SiyasətPaşinyan Qarabağdan əlini üzdü
DünyaATƏT sədri Azərbaycan və Ermənistanı atəşi dayandırmağa çağırdı
SiyasətAzərbaycan XİN başçısı rusiyalı həmsədri və Anjey Kaspşik ilə cəbhədəki vəz ...
SiyasətPaşinyan Ermənistanın məğlub olduğunu bəyan etdi
Dünya