Dünya
14 noyabr 2020
171
“Azərbaycanlılar ermənilərdən fərqli olaraq Kəlbəcərdən çılpaq, ayaqyalın köçürdü” - Video
Rusiyanın “Rossiya 1” telekanalında yayımlanan “60 minut” (“60 dəqiqə”) verilişində qonaq olan Rusiya Beynəlxalq Məsələlər Şurasının eksperti, “Kommersant” Nəşrlər Evinin Xarici siyasət şöbəsinin müdir müavini Aleksey Naumov Kəlbəcəri tərk edən ermənilərin oradakı evlərini, mağazalarını və digər tikililəri yandırmasını əks etdirən videogörüntüləri şərh edib.
“Qafqazinfo” xəbər verir ki, Aleksey Naumov bunları deyib:
“Biz yadda saxlamalıyıq ki, Qarabağ - Azərbaycandır. Bu torpaq isə beynəlxalq hüquqla ona məxsusdur, o bu torpağın qaytarılması uğrunda vuruşub. Ən maraqlısı odur ki, Azərbaycan Şuşanı tutduqdan sonra – zəfərdən əvvəl dayandı və sülhməramlıların buraxılmasına və rayonları mərhələ-mərhələ, yavaş-yavaş Azərbaycana qaytarılmasına alicənabcasına razılıq verdi. Azərbaycanın özünü bu vəziyyətdə bundan artıq alicənabcasına necə apara biləcəyini təsəvvür etmirəm. Ermənilərə bu rayonlardan çıxmaları üçün bir həftə verdilər”.
Bununla belə, Naumov xatırladıb ki, 1993-cü ildə azərbaycanlılar Kəlbəcərdən çılpaq, ayaqyalın qaçırdılar, kim qaçmırdısa, o biri şəhərə yox, “o biri dünya”ya gedirdi:
“Tamamilə faciəli vəziyyət, hansını ki, unutmaq olmaz. Bəli, bu, çoxdan olub, amma biz bunu unuda bilmərik. Ən əsası odur ki, biz bu gün Ermənistan hakimiyyətinin özünü necə apardığını görürük. Aydındır ki, hərbi məğlubiyyətdən sonra qisas almaq çox istəyirsən, yumruğunu sıxmaq və onların hesab etdiyi kimi - “özünkünü” qaytarmaq istəyirsən. Lakin biz revanşizmin nəyə gətirib çıxardığını bilirik. Biz bunu Avropada 20-ci əsrdə çox gözəl görmüşük".
Daha çox xəbər:
Azərbaycanlılara 10 saat vaxt verən ermənilər indi Kəlbəcəri məcbur tərk ed ...
CəmiyyətAzərbaycan Prezidenti: İraqa tətbiq olunan sanksiyalardan hətta biri Erməni ...
Gündəm, Siyasətİlham Əliyev: “Onların fikrincə, hər şey çox məntiqlidir, lakin çox böyük s ...
SiyasətRusiya Ermənistana silahları bu yolla verib - Foto
SiyasətTovuzdan dünyaya mesaj — MÜHARİBƏ QAÇILMAZDIR və...
Siyasət