Dünya
23 noyabr 2020
1048
Dünyanın ən böyük neft-qaz şirkəti raket atəşinə tutuldu
Səudiyyə Ərəbistanının Ciddə şəhərində yerləşən neft-qaz dövlət şirkəti “Saudi Aramco”nun stansiyası raket atəşinə tutulub.
Oxu.az xəbər verir ki, Səudiyyə Ərəbistanında fəaliyyət göstərən xarici şirkətlərə bu cür əməliyyatların davam edəcəyi üçün diqqətli olmaları tövsiyə edilib.
Bundan əvvəl də Səudiyyə Ərəbistanında “Saudi Aramco”nun dünyanın ən böyük neft emalı zavodlarından birinə hücum etmək üçün husi qruplaşması 10 pilotsuz təyyarədən istifadə etmişdi.
Eyni zamanda, ölkənin ikinci ən böyük neft yatağı olan Xurayisə hücum da həyata keçirilib. Nəticədə, həm zavodda, həm də neft yatağında böyük yanğın baş verib.