Tel: 099 340 40 33

Dünya
30 noyabr 2020
379

Dünyada koronavirusa yoluxanların sayı 63 milyonu ötüb

Dünyada koronavirusa yoluxanların sayı 63 milyonu ötüb


İndiyə qədər dünyada koronavirusa yoluxan 43 546 236 nəfər sağalıb, 1 465 186 nəfər isə virusdan ölüb.
“Report” xəbər verir ki, bu günədək 63 072 905 nəfərə COVID-19 diaqnozu qoyulub.

Ən çox yoluxma halı ABŞ (13 750 404), Hindistan (9 432 075) və Braziliyada (6 314 740) qeydə alınıb.

Qeyd edək ki, noyabrın 29-na olan məlumata görə, Azərbaycanda indiyədək 118 195 nəfərə koronavirus diaqnozu qoyulub. Onlardan 73 676 nəfər sağalıb. Ölkəmizdə COVID-19-dan ölənlərin sayı 1 361 nəfərdir.

Azərbaycanla qonşu olan Türkiyədə 607 628 nəfər koronavirusa yoluxub, 400 242 nəfər sağalıb, 13 558 nəfər ölüb. Rusiyada indiyədək 2 269 316 nəfərdə koronavirus aşkarlanıb, onlardan 1 761 457-si sağalıb, 39 527-si ölüb. İranda isə 948 749 nəfərə koronavirus diaqnozu qoyulub. Son məlumata görə, bu ölkədə 47 874 nəfər pandemiyanın qurbanı olub. Qonşu Gürcüstanda koronavirusa yoluxanların ümumi sayı 132 368-ə çatıb. Onların 110 049-u sağalıb, 1 230-i isə vəfat edib.

Ermənistanda indiyədək 134 768 nəfərə COVID-19 diaqnozu qoyulub. Onlardan 107 364 nəfər sağalsa da, 2 142 nəfər ölüb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.