Dünya
03 dekabr 2020
203

Fransada 76 məsciddə axtarış, çoxu bağlanacaq

Fransada 76 məsciddə axtarış, çoxu bağlanacaq


Fransa hüquq-mühafizə orqanları ölkə ərazisində fəaliyyət göstərən 76 məsciddə axtarış aparacaq. “Qafqazinfo” xəbər verir ki, bu barədə daxili işlər naziri Jerald Darmanen bildirib.

Onun sözlərinə görə, yaxın günlərdə məscidlər nəzarətə alınacaq və onların bəziləri bağlanacaq.

76 məsciddən 16-sının Paris şəhəri və ətrafında olduğu qeyd edilib. Bu məscidlərdən 18-nin bağlana biləcəyi açıqlanıb. Yoxlanış barədə bələdiyyələrə müraciət olunub.

Qeyd edək ki, 16 oktyabrda Fransada Samuel Paty adlı bir müəllimin öldürülməsindən sonra müsəlman birliklərinə və məscidlərə basqınlar və təzyiqlər artmağa başlayıb. Bundan əlavə, Prezident Emmanuel Makronun hakimiyyətdə olduğu son 3 ildə ölkədə 43 məscid bağlanıb.