Dünya
03 dekabr 2020
341
Paşinyanın kürsüsünə iddialı olan Vazgen Manukyan kimdir? - DOSYE
Ermənistanın 17 siyasi partiyası baş nazir Nikol Paşinyanın istefasını tələb edirlər.
Modern.az xəbər verir ki, onlar bu posta namizəd olaraq 74 yaşlı Vazgen Manukyanı irəli sürüblər.
Ermənistanın keçmiş müdafiə naziri və İctimai Şurasının sədri olan Manukyan ölkə siyasətinin ən yaşlı simalarından biri sayılır.
Vazgen Manukyan Qarabağdakı separatçı hərəkatın başında duran şəxslərdən sayılır. O, “Qarabağ” komitəsinin üzvü olub.
1990-cı ilin avqustundan 1991-ci ilin noyabrına qədər Vazgen Manukyan Ermənistan hökumətinə başçılıq edib. 1992-1993-cü illərdə isə ölkənin müdafiə naziri səlahiyyətlərini icra edib.
Məhz onun nazir olduğu dövrdə işğalçı Ermənistan ordusu Azərbaycan ərazilərinə genişmiqyaslı təcavüz həyata keçirib.
1990-cı illərinə əvvəllərində “Milli Demokratik Qüvvələr” adlı partiya yaradıb. 1995-2007-ci illərdə dəfələrlə ölkə parlamentinə üzv seçilib. 1996-cı ildə prezident seçkiləri zamanı Levon Ter-Petrosyanın əsas rəqibi olub. Seçkilərdə qalib gəldiyini elan edən Manukyan Yerevanda aksuyalar keçirmişdi. Həmin aksiyalar polis və ordu qüvvələrinin köməyi ilə yatırılmışdı. 2009-cu ilin martında prezident Serj Sarkisyanın yaratdığı İctimai Şuranın sədri olub. 2019-cu ilin dekabrında Şuranı tərk edərək “Vernatun” adlı ictimai-siyasi klub yaradıb.
Vazgen Manukyan baş nazir Nikol Paşinyanı sərt dillə tənqid edən siyasətçilərdən biri olub. O Qarabağ döyüşləri davam edən sırada baş nazir Nikol Paşinyanı istefa verməyə çağırmışdı.
Daha çox xəbər:
Ermənistan müxalifəti Paşinyanın yerinə namizəd müəyyənləşdirdi
DünyaDiaspor təşkilatları Paşinyanın istefasını tələb edir
DünyaDalana dirənən Ermənistan hakimiyyəti cəmiyyət üçün problemə çevrilir
DünyaPaşinyan hakimiyyətdən getməyə hazırlaşır? – İrəvanda belə şayiələr yayılır
DünyaKürdəmirin həbs edilən icra başçısı kimdir? — DOSYE
Kriminal