Dünya
15 dekabr 2020
210
Türkiyədən ABŞ-ın sanksiyalarına SƏRT REAKSİYA
Türkiyə Xarici İşlər Nazirliyi ABŞ-ın S-400 silahlarının alışıyla əlaqədar rəsmi Ankaraya qarşı sanksiya tətbiq etməsi ilə bağlı bəyanat yayıb.
Oxu.az xəbər verir ki, bəyanatda qeyd edilir:
“S-400 hava hücumundan müdafiə sistemlərinin tədarükünə görə ABŞ-ın Türkiyəyə qarşı birtərəfli sanksiyalar tətbiqetmə qərarını qınayırıq və rədd edirik.
Türkiyəni S 400-ləri almağa sövq edən səbəbi hamı çox yaxşı bilir. Hətta, Prezident Donald Tramp özü də Türkiyənin bu barədə haqlılığı mövzusunda bir neçə dəfə çıxış edib.
Digər tərəfdən, ABŞ S-400-lərin NATO sistemləri üçün zəiflik yaradacağını iddia edir və bunun da texniki əsası yoxdur. Türkiyə bu mövzuda NATO-nun da qatılacağı texniki işçi qrupunun yaradılmasını, məsələnin siyasi tərəfkeşliyindən uzaqlaşma yollarının obyektiv və realist əsaslarla həll olunmasını dəfələrlə təklif edib.
Bu baxımdan, ABŞ-ın iki müttəfiqə yaraşacaq bir şəkildə dialoq və diplomatiya yolu ilə məsələni həll etmək təklifimizi qəbul etməməsi və birtərəfli sanksiyalara əl atması düşüncəsiz hərəkətdir.
Türkiyə əlaqələrimizin mənfi təsirlənməsinin qaçılmaz olduğu bu qərara qarşı lazımi addımları atacaq.
Türkiyə milli təhlükəsizliyini təmin etmək üçün lazımlı hesab etdiyi tədbirlərdən çəkinməyəcək”.
Bildirilir ki, Ankara bu əsasla Vaşinqtonu ədalətsiz sanksiyaları yenidən nəzərdən keçirməyə və səhvləri ən qısa müddətdə düzəltməyə dəvət edir.
Türkiyənin məsələnin ittifaq ruhuna uyğun olaraq, dialoq və diplomatiya yolu ilə həllinə hazır olduğu vurğulanır.
Daha çox xəbər:
Rəsmi Tehrandan ABŞ-ın Türkiyə ilə bağlı qərarına - Sərt reaksiya
DünyaABŞ Türkiyəyə qarşı sərt sanksiyalar tətbiq etdi
DünyaAzərbaycan XİN-dən Ermənistanın Türkiyə ilə bağlı ittihamlarına REAKSİYA
Siyasət“Heç kim Türkiyəni sanksiya ilə hədələyə bilməz”
DünyaTürkiyənin 4 partiyasından Ermənistana sərt bəyanat - Foto
Dünya