Dünya
16 dekabr 2020
253

Paşinyanın daha bir sələfi onu istefaya çağırdı

Paşinyanın daha bir sələfi onu istefaya çağırdı


"Ermənistan dərin – mənəvi, psixoloji, siyasi, iqtisadi, sosial, ciddi böhran içindədir. Daha dərin böhranı təsəvvür etmək çətindir. Daha nə olmalıdır?".

“Report” xəbər verir ki, bu fikirlər Ermənistanın keçmiş baş naziri Karen Karapetyanın ölkədə yaranmış vəziyyətlə əlaqədar bəyanatında yer alıb.

Karen Karapetyan qeyd edib ki, ölkənin bu vəziyyətə düşməsinə səbəbkar hakimiyyətdir.

“Bu taleyüklü məqam hakimiyyət üçün dar siyasi maraqlarından daha yüksəkdə durmaq bacardığını göstərmək, yüksək şüur nümayiş etdirmək, ölkəni sakitləşdirmək, siyasi qüvvələrə keçdikləri yolu yenidən düşünmək və gələcəyə baxış formalaşdırmaq, xalqın isə yeni bir hökuməti seçmək üçün ən vacib sınaq şərtləridir”, - deyə o vurğulayıb.

“Ümid edirəm ki, baş nazir özündə ölkənin gələcəyi xeyrinə istefaya getməsi ilə bağlı qərar qəbul etməyə cəsarət tapacaq", - Karen Karapetyanın bəyanatında deyilir.