Dünya
19 avqust 2020
333
Lukaşenko təcili Təhlükəsizlik Şurasının iclasını çağırdı
Belarus Prezidenti Aleksandr Lukaşenko təcili olaraq Təhlükəsizlik Şurasının bölgə liderlərinin iştirakı ilə yeni iclasını çağırıb.
“Qafqazinfo” “Belta”ya istinadən xəbər verir ki, o, əvvəlcə respublikadakı vəziyyətlə bağlı çıxış edib, daha sonra isə iqtisadi məsələlərin müzakirəsinə keçib.
“Kənddə heç kim işi ləğv etməyib. Taxıl biçini yığımı kampaniyası başa çatmaq üzrədir. Taxılın 10% -ni yığmaq qalıb”,- deyə ölkə başçısı bildirib.
Prezident indiki ictimai-siyasi vəziyyətdə bir sıra vətəndaşlara qarşı baş verən təhdid və təzyiqlərdən də danışıb: “Bütün ölkə, ümumiyyətlə böyük əksəriyyətin işlə məşğul olmasına baxmayaraq, ictimai-siyasi vəziyyət baxımından çətinliklər hələ də qalır. Bizi ləngitmək istəyənlər bunu bacarmayacaq”.
Xatırladaq ki, daha əvvəl A.Lukaşenko Təhlükəsizlik Şurasını çağıraraq, yeni prezident seçkilərindən sonra yaranmış böhran vəziyyətini müzakirə etmişdi.
Daha çox xəbər:
Lukaşenko yeni hökumətin tərkibini təsdiqləyib
DünyaLukaşenko etirazçı ilə belə mübahisə etdi - Video
Dünya“Məni öldürməyincə başqa seçkilər olmayacaq” - Lukaşenko
DünyaPrezident seçkilərinin ilkin nəticəsi açıqlandı – Lukaşenko 80,23% səs topl ...
DünyaPrezident Təhlükəsizlik Şurasının iclasını ÇAĞIRDI
Gündəm, Siyasət