Dünya
17 avqust 2020
275
“Məni öldürməyincə başqa seçkilər olmayacaq” - Lukaşenko
Belarus Prezidenti Aleksandr Lukaşenko ölkədə təkrar seçkilərin keçirilməyəcəyini bildirib.
“Belta” xəbər verir ki, Lukaşenko bu barədə bu gün Minsk Təkər Traktor Zavodunun (MZKT) işçiləri ilə görüşündə açıqlama verib.
“Heç vaxt təzyiq altında bir şey etməyimi gözləməyin. Heç bir təkrar seçki olmayacaq. Çünki nə MZKT, nə MAZ, nə də BELAZ olmayacaq, altı ayda hər şeyi məhv edəcəyik”, - deyə Lukaşenko qeyd edib.
O, hakimiyyəti küçə etirazları ilə deyil, konstitusiya prosesi ilə yenidən bölüşdürməyə çağırıb.
"Ədalətsiz seçkilərdən danışırsınız və ədalətli seçkilər keçirmək istəyirsiniz? Mən bu suala cavab verirəm. Seçkiləri keçirdik. Məni öldürməyincə başqa seçkilər olmayacaq",-deyə Lukaşenko bildirib.
Daha çox xəbər:
Lukaşenko yeni hökumətin tərkibini təsdiqləyib
DünyaLukaşenko təcili Təhlükəsizlik Şurasının iclasını çağırdı
DünyaLukaşenko etirazçı ilə belə mübahisə etdi - Video
Dünya“Həyatımda ilk dəfə qarşınızda diz çökürəm” - Lukaşenko
DünyaPrezident seçkilərinin ilkin nəticəsi açıqlandı – Lukaşenko 80,23% səs topl ...
Dünya