Dünya
18 avqust 2020
333
Lukaşenko etirazçı ilə belə mübahisə etdi - Video
Belarus Prezidenti Aleksandr Lukaşenko ötən gün Minsk Təkər Traktor Zavodunun (MZKT) işçiləri ilə görüşü zamanı ona “özünü güllələməyi” təklif edən kütləyə yaxınlaşıb.
“Qafqazinfo” xəbər verir ki, sözügedən videogörüntülər yerli “Tut.by” portalı tərəfindən yayımlanıb. Görüntülərdə Prezidentin zavodu tərk etdiyi anda işçilərdən birinin “Özünüzü güllələyin, zabit!” deyə qışqırdığı eşidilir.
Lukaşenko işçi kütləsinə yaxınlaşaraq çağırışlara belə cavab verir: “Yerinizdə dayanın, narahat olmayın, sizi döyməyəcəm. Bu, mənim marağımda deyil. Əgər bir nəfər burda təxribat törətsə, ona qarşı amansız davranacağıq. Ona görə kişi ol. Siz kütləsiniz, mən isə təkəm. Telefonu aşağı sal!”
Xatırladaq ki, Belarusun sənaye nəhəngləri - “Belaruskali”, “Naftan”, MZKT, MTZ, BMZ zavodlarının işçiləri etiraz əlaməti olaraq tətilə çıxıb. İşçilərin tələbləri arasında təhlükəsizlik qüvvələri tərəfindən zorakılığın dayandırılması və günahkarların mühakimə olunması, Aleksandr Lukaşenkonun istefası, seçkilərin qeyri-qanuni olaraq qəbul edilməsi və yeni seçkilərin təyin edilməsi, siyasi məhbusların azad olunması dayanır.
Daha çox xəbər:
“Məni öldürməyincə başqa seçkilər olmayacaq” - Lukaşenko
Dünya“Həyatımda ilk dəfə qarşınızda diz çökürəm” - Lukaşenko
Dünyaİlham Əliyev Aleksandr Lukaşenkoya zəng etdi
SiyasətPrezident seçkilərinin ilkin nəticəsi açıqlandı – Lukaşenko 80,23% səs topl ...
DünyaBelarusda etiraz aksiyaları durmadan artır – VİDEO
Dünya