Dünya
16 dekabr 2020
296
Praqada ermənilərin təxribatının qarşısı alındı - FOTO

Çex Respublikasının paytaxtındakı Con Lennon Divarına ermənilər Azərbaycan, Türkiyə və İsrail ordularının dayandırılmasına və Dağlıq Qarabağın müstəqil dövlət kimi tanınmasına çağırış edən əsassız şüarların olduğu kağızlar yapışdırıblar.
Bu barədə "Ölkə.Az"a Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.
Məsələyə çevik reaksiya verən diaspor fəallarımız şüarların yazıldığı kağızları qopararaq həqiqəti əks etdirməyən yazıların Lennon Divarına ləkə salmasına yol verməyiblər.
Qeyd edək ki, “Beatles” qrupunun əfsanəvi üzvü Con Lennonun şərəfinə yaradılmış divar Praqada turistlərin ziyarət etdikləri yerlər sırasına daxildir. Qraffiti və şeirlərin əks olunduğu bu divar sülh və sevginin təcəssümünə çevrilib.

Daha çox xəbər:

Fransadakı soydaşlarımız ölkə senatını Azərbaycanın haqlı mövqeyinə zidd ad ...
Cəmiyyət
Pompeonun qalmaqallı İsrail səfəri - Foto
Dünya
Düşmənin hücum cəhdinin qarşısı alındı: Döyüş texnikası və canlı qüvvə itir ...
Hadisə
Ərdoğandan Rusiya, ABŞ və Fransa prezidentlərinin Dağlıq Qarabağla bağlı bə ...
Dünya
Ermənilərin Belçikadakı icazəsiz aksiyası alınmadı
Siyasət