Dünya
17 dekabr 2020
300
Erməni morqlarında 700 erməni hərbçinin meyiti var
Erməni mediası hökuməti Qarabağ döyüşlərindən ölənlərin sayını gizlətməkdə ittiham edib.
“Ölkə.Az” xəbər verir ki, erməni mediası “Politik.am” portalının yazdığına görə, hakimiyyət xalq arasında etiraz dalğasının olmaması üçün Qarabağ döyüşlərində ölənlərin, itkin və əsir düşənlərin dəqiq sayını gizlədir. Rəsmi açıqlama ilə qeyri-rəsmi məlumatlar arasında xeyli fərq var. Saytın yazdığına görə, hələ zamanında diplomat Mikael Minasyan ölənlərin sayının 3000 deyil 5000 yaxın olduğunu bildirib və zaman onun dediyini sübut edir.
Hakimiyyətdəki mənbələrdən “Politik.am”a bildirilib ki, hazırda 1400 nəfərin itkin düşdüyü və morqlarda 700 şəxsiyyəti müəyyən etmək mümkün olmayan hərbçi cəsədi var. İtkin düşən hesab olunanlar döyüşlərdə ölüb, ancaq onların meyitləri ölkə ərazisinə gətirilməyib.
Daha çox xəbər:
Ermənistan Xocavəndin kəndlərində itkin düşən hərbçilərinin sayını açıqladı
HadisəAzərbaycanın 100-dən artıq hərbçisi itkin düşüb - RƏSMİ
CəmiyyətPaşinyan: “2400 hərbçimiz öldürülüb, yüzlərlə itkin düşən var”
DünyaŞuşadan 150 erməni əsgərin cəsədi çıxarılıb
KriminalBeyrutdakı partlayışda ölənlərin sayı 100-ü keçdi - Yenilənib
Dünya