Dünya
22 dekabr 2020
240
Yerevanda kütləvi itaətsizlik aksiyaları başlayıb
Ermənistanda “Vətənin qurtuluşu” hərəkatı ümum-Ermənistan itaətsizlik aksiyalarına başlayıb.
“Report” xəbər verir ki, paytaxt Yerevanın müxtəlif yerlərindən vətəndaşlar Respublika meydanına axışır.
Hökumət binasının ətrafına xeyli sayda hüquq-mühafizə orqanları əməkdaşlarının cəlb edildiyi bildirilib.
Vətən Partiyasının üzvü Arsen Babayanın sözlərinə görə, sadəcə hökumət binası çevrəsində 600-dək polis var.
Erməni vəkillər ölkənin parlamentinə, daha sonra prokurorluq istiqamətində yürüş ediblər. Onlar Ermənistanın baş naziri Nikol Paşinyanın istintaqa cəlb edilməsi və həbs olunmasını tələb edirlər. Onlar tələblərinin yerinə yetirilmədiyi təqdirdə oturaq aksiyaya başlayacaqlarını açıqlayıblar.
Qeyd edək ki, N.Paşinyanın istefasını tələb edənlərin sırasına elm, idman və mədəniyyət sahələrinin bir sıra nümayəndələri, Ermənistan Elmlər Akademiyası, Yerevan Dövlət Universiteti və digər təhsil ocaqlarının əməkdaşları qoşulub. Hökumət başçısının istefası çağırışlarını prezident Armen Sarkisyan, Erməni Apostol Kilsəsi, müxtəlif diaspor təşkilatları və 150 civarında yaşayış məntəqəsinin başçıları da dəstəkləyir.
Daha çox xəbər:
Bu gün Ermənistan müxalifəti yolları bağlayacaq
DünyaErməni müxalifəti Paşinyanın istefası tələbi ilə ölkə üzrə tətilə hazırlaşı ...
DünyaPaşinyan: “İstefa verməyəcəyəm”
DünyaDiaspor təşkilatları Paşinyanın istefasını tələb edir
DünyaPaşinyan cangüdənlərinin sayını artıraraq mühafizəsini gücləndirdi - VİDEO
Dünya, Video