Dünya
24 dekabr 2020
228
Bu gün Yerevanda müxalifətçilər Nazirlər Kabinetinin binasını bağlayacaqlar

Bu gün Ermənistanda etirazçılar Nazirlər Kabinetinin binasına giriş-çıxışı bloklamağa cəhd göstərəcəklər.
“Report xəbər verir ki, bu barədə “Daşnaksütyun” Partiyasının üzvü Qeqam Manukyan bildirib.
O, qeyd edib ki, Nazirlər Kabinetinin bu günə planlaşdırılmış iclası Paşinyan hakimiyyətinin sonuncu toplantısı olmalıdır. Qeqam Manukyan bütün etirazçılara müraciət edərək, bu gün saat 10-da Nazirlər Kabinetinin binasını hər tərəfdən bloklamağa çağırıb. “Kim istəyirsə, binanı daha tez bloklasın ki, üzvlər ora girib-çıxa bilməsinlər. Onların iclası çoxdandır bir qəpiyə dəymir”, - Manukyan tərəfdarlarına müraciətində deyib

Daha çox xəbər:

Paşinyanın kürsüsünə iddialı olan Vazgen Manukyan kimdir? - DOSYE
Dünya
Ermənistan müxalifəti Paşinyanın yerinə namizəd müəyyənləşdirdi
Dünya
Baş nazir karantin rejimi ilə bağlı sərəncam imzaladı
Siyasət.jpg)
Nazirlər Kabineti məlumat yaydı — TƏCİLİ
Cəmiyyət
Nazirlər Kabinetinin əməkdaşı vəfat etdi
Hadisə