Dünya
07 yanvar 2021
317
Dünən Kapitolidə bu sənədlər xilas edildi - Foto
Seçicilərin səsvermə nəticələri ilə bağlı sənədlər Kapitolidən çıxarılıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat verib. Bildirilib ki, ABŞ Senatının işçiləri binadan təxliyyə olunarkən seçki nəticələrini əks etdirən sənədləri özləri ilə aparmağa müvəffəq olublar.
Xatırladaq ki, dünən ABŞ Konqresinin hər iki palatasının senatorları konstitusiyaya uyğun olaraq keçiriləcək iclasda prezident seçkilərindən sonra keçirilən səsvermənin nəticələrini təsdiqləməli idilər. İclas başladıqdan sonra Trampın dəstəkçiləri Konqres binasına girərək prosesə mane olublar.
Daha çox xəbər: