Dünya
25 fevral 2021
991
Silahlı Qüvvələrin Baş Qərargahı Paşinyanın təcili istefasını tələb edir
Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı bəyantatla çıxış edəərk baş nazir Nikol Paşinyanın istefa verməsi tələb edib.
“Ölkə.Az” “news.am”a istinadən xəbər verir ki, Silahlı Qüvvələrin Baş Qərargahı Nikol Paşinyan və onun komandasının təcili olaraq istefa verməyə çağırıb.
“Ermənistanın Silahlı Qüvvələrinin Baş Qərargahı, Ba. Qərargahın birinci müavininin vəzifədən azad edilməsinə öz qəti etirazını bildirir və bunu milli, dövlət maraqlaırnı nəzərə almadan, ancaq öz şəxsi ambiçioz maraqları naminə uzaqgörməyən, əsaslandırılmamış qərar hesab edir”- bəyanatda deyilir.
Bəyanatda eyni zamanda Baş nazir və Ermənistan hökumətinin erməni xalqının taleyüklü məsələlərinin həllində və mövcud böhranlı vəziyyətlə bağlı adekvat addım ata bilməməkdə ittiham olunur.
Ermıənistan Silahlı Qüvvələri mövcud hakimiyyətin hərəkətlərinə səbrlə yanaşdı,ancaq artıq hakimiyyət öz həddini aşır və ona görə də bundan sonra hakimiyyətin addımlaırna dözmək niyyəti yoxdur.