Dünya
10 mart 2021
999
Çavuşoğlu: "Türkiyə "Dostluq" yatağının işlənməsində əməkdaşlığa hazırdır"
Türkiyə Azərbaycan və Türkmənistanın birgə "Dostluq" neft yatağında işritak etməyə hazırdır.
Bu barədə Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu yerli mətbuata açıqlamasında deyib.
Onun sözlərinə görə, Türkiyə şirkətləri Xəzər dənizində neft və qaz yataqlarının işlənməsində əməkdaşlığa hazırdır.
Azərbaycanla Türkmənistan arasında "Dostluq" birgə yatağının işlənməsi sahəsində əldə olunan razılaşmanı yüksək dəyərləndirən Çavuşoğlu bildirib ki, Türkiyə şirkətlərinin bu sahədə əməkdaşlıq etməkdə maraqlı olduğu tərəflərə çatdırılıb: "Bu yataqda hasil ediləcək neft və qazın Türkiyəyə nəql edilməsi gözlənilir".
Daha çox xəbər: