Dünya
29 iyun 2020
1015
ABŞ-da 45 milyon insan işsiz qaldı
ABŞ-da koronavirus pandemiyasının iqtisadiyyata təsirləri nəticəsində 45 milyondan çox insan işini itirib.
“Qafqazinfo” “The Guardian”a istinadən xəbər verir ki, ötən həftə ərzində daha 1,5 milyon insan işsizlik müavinətinə görə müraciət edib. Bununla da müraciət edənlərin sayı 45 milyonu ötüb.
Hazırda ABŞ-da işsizlik göstəricisi 13,3 % təşkil edir. FED bu göstəricinin il sonuna qədər 9,3 faizə enəcəyini proqnozlaşdırır.
Digər tərəfdən “Forbes” jurnalının məlumatına görə, 18 mart-17 aprel tarixləri arasında 614 ABŞ milyarderi ümumilikdə 584 milyard dollar əldə edib.
Daha çox xəbər:
Azərbaycanda neft hasilatı 1 milyon ton azalıb
CəmiyyətTarixdə QİÇS-dən sağalan 3-cü insan
DünyaTürkiyədə qayıq batıb - 50-dən çox insan itkin düşüb
Dünyaİngiltərə iqtisadiyyatı son 3 əsrin rekord geriləməsini yaşaya bilər
DünyaNazir: “Sahibkarlar üç milyon manata qədər güzəştli kredit götürə bilərlər”
Gündəm, Cəmiyyət