Dünya
04 avqust 2020
1021
Rusiya 2021-ci ilə qədər ayda bir neçə milyon COVID-19 peyvəndi istehsal edəcək
“Rusiya gələn ilin əvvəlinə qədər ayda bir neçə milyon koronavirus peyvəndi istehsal edəcək”.
Bunu Rusiyanın Sənaye və ticarət naziri Denis Manturov TASS agentliyinə müsahibəsində deyib.
O bildirib ki, ümumi istehsal səhiyyə sisteminin ehtiyaclarından asılı olacaq: “Qamaleya Milli Epidemiologiya və Mikrobiologiya Mərkəzi tərəfindən hazırlanan ilk yerli peyvəndin seriyalı istehsalına sentyabr ayında başlanacağı gözlənilir. Eyni zamanda, ilkin hesablamalara görə, gələn ilin əvvəlinə qədər bir neçə milyona çatdırılmaqla, ayda bir neçə yüz min peyvəndin istehsalını təmin edə biləcəyik. Bu planların həyata keçirilməsindən əmin olmaq üçün əlimizdən gələni edəcəyik”.
Qeyd edək ki, Rusiyanın 17 tədqiqat müəssisəsində 26 koronavirus peyvəndi variantı hazırlanır. Qamaleya Milli Tədqiqat Epidemiologiya və Mikrobiologiya Mərkəzi tərəfindən hazırlanmış bir peyvənd artıq könüllülər üzərində sınaqdan keçirilib. Həmçinin, Rusiya İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət Federal Xidmətinin “Vektor” tədqiqat mərkəzi tərəfindən 6 fərqli texnoloji platformada peyvənd hazırlanır. Bunlardan birincisinin sentyabrda, ikincisinin isə 2020-ci ilin oktyabrında istifadəyə veriləcəyi gözlənilir. /APA/
Daha çox xəbər:
Pandemiyanın arxasında hansı HƏQİQƏT və OYUNLAR dayanır? – Mütəxəssis RƏYLƏ ...
DünyaABŞ koronavirus vaksininin istehsalına başlayır
DünyaRusiya peyvənd sınaqlarının nəticəsini açıqladı
DünyaKoronavirus peyvəndinin qiyməti bəlli oldu
ÖlkəKoronavirus peyvəndi ilə bağlı sevindirici xəbər – İyul ayında…
Cəmiyyət