Dünya, Video
25 fevral 2021
1013
Paşinyanı ələ salan erməni general vəzifəsindən qovuldu - VİDEO
Ermənistan prezidenti Armen Sarkisyan ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin birinci müavini, general-leytenant Tiran Xaçatryanı vəzifəsindən azad edib.
Baku TV xəbər verir ki, bu barədə Ermənistan mətbuatı yazıb.
Buna səbəb general-leytenantın Nikol Paşinyanın sözlərini ələ salması olub.
Bundan əvvəl “Yerevan.today” portalı Tiran Xaçatryanın Ermənistanın baş naziri Nikol Paşinyanın “İskəndər” raketləri ilə bağlı bəyanatı haqqında şərhini yayıb.
Silahlı Qüvvələrin Baş Qərargah rəisinin birinci müavini Tiran Xaçatryan jurnalistin “Paşinyanın iddia etdiyi kimi "İskəndər" raketlərinin 10%-nin partlaması mümkündürmü?” sualına əvvəlcə xeyli gülüb, sonra isə deyib:
"Əlbəttə, mümkün deyil. Necə? "İskəndər"? Bir atəş? ... 10%?.. Bağışlayın, amma bu qeyri-ciddidir".
Daha çox xəbər:
Müxalifət sabah Paşinyanın xəyanət faktlarını açıqlayacaq
DünyaErmənistan müxalifəti Paşinyanın yerinə namizəd müəyyənləşdirdi
DünyaDiaspor təşkilatları Paşinyanın istefasını tələb edir
DünyaErmənistanın sabiq polis rəisi Paşinyanın qanunsuzluqlarından danışıb
Dünya“Xəyallarımız, hədəflərimiz puç oldu” - Paşinyanın qızı
Dünya