Dünya
17 mart 2021
996
Türkiyədən pandemiya dövründə turizmlə bağlı daha bir yenilik
Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi Səhiyyə Nazirliyi və Türkiyə Turizm Tanıtma və İnkişaf Agentliyi (TGA) ilə kordinasiyalı şəkildə turizm sektorunda çalışan işçilər üçün “Turizm işçilərinin peyvəndlənməsi qeydiyyat proqramı”na start verildiyini bildirib.
Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyindən məlumat verilib.
Bildirilib ki, sözü gedən proqram qarşıdan gələn turizm mövsümü üçün beynəlxalq ziyarətçiləri qəbul etmək, onların və turizm işçilərinin sağlamlığını və təhlükəsizliyini təmin etmək üçün “Təhlükəsiz Turizm Sertifikatlaşdırma Proqramı” çərçivəsində başladılıb.
Məlumata görə, Türkiyə 2020-ci ilin iyun ayında "Təhlükəsiz Turizm Sertifikatlaşdırma Proqramı"na start verildiyi andan etibarən sağlamlıq və təhlükəsizlik qaydalarını təqib etməkdə və bu təhlükəsizliyi qorumaq üçün bütün lazımi addımları atmaqdadır. Turizm mövsümünün açılmasının ardından Mədəniyyət və Turizm Nazirliyi turizm xidmətlərinin il boyu açıq qalması üçün turizm sektoru işçilərinin peyvəndlənməsi proqramına daxil edilməsi istiqamətində işlərə başlayıb. Proqram çərçivəsində ilk növbədə "Təhlükəsiz Turizm Sertifikatlaşdırma Proqramı"nda qeydiyyatdan keçmiş qonaqlama yerləri, restoranlar, tur bələdçiləri, turizm agentliklərinin işçiləri peyvəndlənəcək.
Türkiyə Covid-19 ilə mübarizədə və dünyanın ən etibarlı yerlərindən biri kimi mövqeyini daha da yaxşılaşdırma səylərinin bir parçası olaraq dünyanın bu sahədəki ilk və ən müvəffəqiyyətli nümunələrindən biri olan “Təhlükəsiz Turizm Sertifikatlaşdırma Proqramı”na investisiya qoymağa davam edir. Ölkə tətbiqetmənin əhatə dairəsini genişləndirib. İndiyə qədər 8 mindən çox turizm obyekti sertifikatlaşdırılıb.
2021-ci ildə sağlam və etibarlı turizmin məkanı olmağa davam etmək üçün bütün tədbirləri görən Türkiyə beynəlxalq ziyarətçilər üçün etibarlı səyahət baxımından ən yaxşı seçimlərdən biri olacaq.
Daha çox xəbər:
“SOCAR Petroleum” yeni modul tipli YDM-ni istifadəyə verdi - FOTO
İqtisadiyyatCənnətdən bir guşə: Laçının turizm imkanları ilə bağlı yeni layihəyə start ...
İqtisadiyyat, VideoQarabağda keçiriləcək turlar üzrə ilk bələdçilər artıq hazırdır - RƏSMİ
CəmiyyətTurizm obyektləri, restoran, kafe və iri ticarət mərkəzləri açılır? — DEPUT ...
Cəmiyyətİlham Əliyev və Ümumdünya Turizm Təşkilatının Baş katibi arasında videokonf ...
Gündəm, Siyasət