Gündəm, Ölkə
20 iyul 2020
348

18 min insanın istifadə etdiyi yol yenidən quruldu - Fotolar

18 min insanın istifadə etdiyi yol yenidən quruldu - Fotolar


Balakən rayonunda 18 min əhalinin istifadə etdiyi yol yenidən qurulub.

Uzunluğu 29 km olan Balakən-Qazbinə-İtitala avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun olaraq bərpa olunub. Yolun hərəkət hissəsinin eni 6 m, çiyinlərin eni 2 m olmaqla ümumi eni 10 m təşkil edir.

Yol boyu deformasiyaya uğramış hissələr bərpa olunub, zəruri olan yerlərdə yeni yol yatağı inşa edilib.

Layihə çərçivəsində yol boyu suların ötürülməsi üçün mövcud suötürücü borular işlək vəziyyətə salınıb, zəruri olan yerlərdə yeniləri qurulub. Bu işlərin nəticəsi olaraq müxtəlif diametrli 21 ədəd suötürücü boru quraşdırılıb, həmçinin 5 metr uzunluğunda 2 dördbucaqlı su keçidi və 12 metruzunluğunda körpünün inşası işləri yekunlaşdırılıb.

Bununla da, 10 yaşayış məntəqəsinin 18 min əhalisinin rahatlığı təmin edilib.

18 min insanın istifadə etdiyi yol yenidən quruldu - Fotolar18 min insanın istifadə etdiyi yol yenidən quruldu - Fotolar18 min insanın istifadə etdiyi yol yenidən quruldu - Fotolar