Gündəm, Ölkə
13 avqust 2020
293
Qəlblərdə əbədi yaşayan şəhidlər... — REPORTAJ - FOTO
Şəhidlər bizim fəxrimiz, onların uyuduğu Vətən torpağı isə and yerimizdir. İllər keçsə də, nəsillər bir-birini əvəz etsə də qəhrəmanlıqları ilə dastan yazan şəhidlərimiz, torpaq uğrunda canından keçən oğul və qızlarımız heç vaxt unudulmayacaq. Onların əziz xatirəsi daim qəlbimizdədir. Demək olar ki, hər rayonda, hər kənddə şəhidlərimizin xatirəsinə bir abidə, bir xiyaban var. Söhbət açacağımız belə məkanlardan biri də Tovuzun Əyyublu kəndidir. Düşmən təxribatlarından bir ay keçməsinə baxmayaraq, tez bir müddətdə bu kənddə şəhidlər üçün abidə qoyulub. Abidəyə həkk olunan "Şəhidlər ölməz, Vətən bölünməz" sözləri isə hər bir tovuzlunun qürurla səsləndirdiyi ifadəyə çevrilib.
AZƏRTAC bildirir ki, Tovuz rayonunun ən böyük kəndi olan Əyyubludakı xiyaban indi insanların tez-tez ziyarət etdiyi məkanlardan birinə çevrilib.
İyul şəhidlərimizin əzəmətli fotoları parkın girəcəyinə yerləşdirilib. Kənd ağsaqqalı, ziyalı 89 yaşlı İsa Cavadoğlu düşmənin iyul təxribatı günlərini xatırlayaraq deyib ki, indiyədək insanlarda belə yüksək əhval-ruhiyyənin şahidi olmamışdı. Vətənə bağlılıq, ordu-xalq birliyi insanları bir amal ətrafında cəmləmişdir. "Yaşlı nəsldən tutmuş yeniyetmələrə qədər hamı döyüşə getməyə can atırdı. Xalq öz ordusuna güvənir, onun arxasında elə dayanmışdı ki, bunu sözlə təsəvvür edə bilmirəm", - deyə Tovuz ziyalısı əlavə edib.
Əyyublu kənd sakini, tarix müəllimi Alim Sarıyev bildirib ki, Azərbaycanın qədim dövlətçilik ənənələri var. Bu, özünü bir daha Tovuz döyüşlərində də göstərdi. Xalqımızın döyüş ruhu yüksək səviyyədədir. Ordumuz bir daha sübut etdi ki, torpaqlarımızı azad etməyə hər an hazırdır. Döyüşlərin getdiyi ərəfədə qonşu dövlətlərdən, qardaş Türkiyədən, Pakistandan və başqalarından gördüyümüz mənəvi dəstək də bizi hədsiz sevindirdi".
Ərazidə aparılan yenidənqurma işləri yerli sakinlərin də ürəyincə olub. Sakinlərlə söhbət zamanı onların ümumi fikri bu oldu ki, ordumuzun müasir silahları, texnikaları, peşəkar heyəti iyul təxribatı zamanı düşməni qorxuya salıb. Düşmən indi 30 il əvvəlki ordu ilə üz-üzə dayanmadığını çox yaxşı anlayır.
Daha çox xəbər:
Müdafiə nazirləri Fəxri və Şəhidlər xiyabanını ziyarət etdilər - Fotolar
Gündəm, SiyasətNyu-York küçələrində “Şəhidlər ölməz, vətən bölünməz” şüarı — CANLI YAYIM
DünyaCəsarət Əhmədov: “Allahdan istərdim ki, mənim də taleyimə şəhidlik zirvəsi ...
SiyasətErmənistan tərəfinin təxribatı Azərbaycan Ordusunun gücünü bir daha nümayiş ...
SiyasətŞəhidlərimizin cənazəsi izdihamla qarşılandı - Video
Kriminal