Gündəm, Ölkə
10 iyun 2020
431

Göyçayda qaz stansiyası fəlakətə yol aça bilər – Foto

Göyçayda qaz stansiyası fəlakətə yol aça bilər – Foto




Aparalımış araşdırmaya görə SOCAR Qaz İxrac İdarəsinin Ağdaş Magistral Qaz Kəmərləri Sahəsinin istismarında olan “Göyçay-1” QPS qolu mühafizə zonalarında heç bir təhlükəsizlik qaydalarına riayət etməyib. Bununla da 100-lərlə insanı həyat təhlükəsilə üz-üzə qoyublar. Reportyor.info xəbər verir ki, bu haqda Taleh Xasməmmədov yazıb. Qaz Paylayıcı Stansiyanın demək olar ki, bütün ətrafı, hətta stansiyanın istifadə etdiyi daxili ərazisinə qədər fərdi yaşayış evləri və iaşə obyektləri ilə əhatə olunub. Məlumata görə həmin ərazidə olan bəzi tikililər özbaşına olsa da, bəzilərinə isə SOCAR rəsmiləri maddi maraq müqabilində icazə verib, şərait yaradıblar. Amma unudublar ki, baş verəcək ilk bədbəxt hadisəyə görə həmin şəxslər hamısı məsuliyyətə cəlb olunacaqlar. Vətəndaş Asif Musayev Göyçay QPS-nin ətrafında olan daş və dəmir hasarlar, müxtəlif növ tikililər və eləcə də Məmməd, Əli və s. şəxslər tərəfindən stansiyanın 10 metrlik məsafəsində özbaşına tutmalar, əsas borulardan birinin həyətyanı sahəyə daxil edilməsilə bağlı aidiyyatı orqanlar qarşışında məsələ qaldırıb. Bununla bağlı real vəziyyət öz təsdiqini tapsa da, amma bu günə qədər SOGAR rəhbərliyi olanlara laqeyd münasibət göstərir. SOGAR nəyi gözləyir axı? Gözləyir ki, Məmməd, Əli QPS-i partladıb faciəyə yol açsın sonra əməli tədbir görülsün? Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydalarına və «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununa görə baş və aralıq sorulub vurulma və doldurma nasos stansiyalarının, çən parklarının, kompressor və qazpaylayıcı stansiyaların, qaz məsrəflərinin ölçüldüyü qovşaqların, doldurma və qəbuletmə körpülərinin, yeraltı qazsaxlama stansiyalarının neft və neft məhsullarının qızdırılması məntəqələrinin əhatəsində göstərilən obyektlərin sərhədlərindən hər tərəfə 100 m olmaqla qapalı xətlə hüdudlanmış torpaq sahəsi şəklində olmalıdır. Xatırladım ki, Ağdaş Magistral Qaz Kəmərləri İdarəsininin Qazıməmməd-Qazax magistral qaz kəmərinin Göyçayın Qarabaqqal kəndinin dağlıq ərazisindən keçən 128-ci kilometrlik hissəsində qaz sızması səbəbindən güclü partlayış baş vermişdir. Məlumata görə əvvəlcə qaz kəmərində yaranmış sızma nəticəsində alışma baş vermiş və partlayışdan sonra ərazidə güclü yanğın başlamışdır. İki saat davam edən yanğının söndürülməsi üçün əraziyə Göyçay rayon Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını cəlb olunmuşdur. Partlayış kəmərin dağlıq ərazidən keçən hissəsində baş verdiyi üçün ağır texnikanın hadisə yerinə cəlb olunmasında böyük çətinliklər yaranmışdır. Hadisədən dərhal sonra boru kəməri ilə təbii qazın nəqli dayandırılmışdır. 1970-ci ildə istismara verilən həmin kəmərdə çürümələr olduğunu üçün əvvəllər də qaz sızmaları müşahidə olunmuşdur. 2013-cü ilin yanvarın 30-da həmin kəmərin Göyçayın Qarayazı kəndindən keçən 118-ci kilometrliyində də sızma səbəbindən partlayış baş vermişdi. Hər iki partlayış zamanı mühafizə zonalarında yaşayış olmadığı üçün hadisə insan tələfatı olmadan ötüşmüşdür. İndi isə vəziyyət olduqca ciddidir. Stansiyanın həyəti və ətrafında yaşayan 100-lərlə insanın həyatı ciddi təhlükə qarşısındadır.

[img=left]https://i2.wp.com/reportyor.info/wp-content/uploads/2020/05/100508691_2947930645256185_6105053255417462784_o.jpg?resize=960,720[/img]