Gündəm, Hadisə
19 avqust 2020
1101
Kürdəmir İcra Hakimiyyətində əməliyyat keçirilir - Yenilənir

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları Kürdəmir rayon İcra Hakimiyyətinin binasında xüsusi əməliyyat keçirir.
"Qafqazinfo" xəbər verir ki, bu barədə virtualaz.org məlumat yayıb.
Bildirilir ki, əməliyyat zamanı saxlanılanlar var.
Qeyd edək ki, Ceyhun Cəfərov 2014-cü ildən Kürdəmirin icra başçısıdır.
***
Baş Prokurorluq Kürdəmir rayon İcra Hakimiyyətində keçirilən əməliyyata münasibət bildirib.
Mətbuat Xidmətindən "Qafqazinfo"ya verilən məlumata görə, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Kürdəmir rayon İcra Hakimiyyətində əməliyyat keçirilməsi ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

Daha çox xəbər:

Kürdəmir İcra Hakimiyyətindəki əməliyyatın VİDEOSU
Gündəm, Bölgə
Kürdəmirin icra başçısı həbs edildi — YENİLƏNİB
Gündəm, Hadisə
Kürdəmir icra başçısının aldığı rüşvətlər açıqlandı — RƏSMİ
Cəmiyyət
Saxlanılan icra başçısı bu maddələrlə ittiham olunur
Kriminal
Baş Prokurorluq bu İcra Hakimiyyətində əməliyyat keçirdi — Saxlanılanlar va ...
Kriminal