Gündəm, Ölkə
11 iyun 2020
1069
İlham Əliyev Dövlət Agentliyinə vəsait ayırdı
Prezident İlham Əliyev Bakı şəhərinin Binəqədi rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Bakı şəhəri Binəqədi rayonunun Biləcəri, M.Ə.Rəsulzadə və Xocəsən qəsəbələri ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün göstərilmiş vəsaitin 2,85 milyon (iki milyon səkkiz yüz əlli min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
Maliyyə Nazirliyi müvafiq məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
Daha çox xəbər:
Samuxda yol tikintisi üçün 19,1 milyon manat ayrıldı — SƏRƏNCAM
ÖlkəPrezident Kəlbəcər–Laçın yoluna pul ayırdı – SƏRƏNCAM
Gündəm, ÖlkəPrezident Dövlət Agentliyinə 5,6 milyon manat ayırdı
Gündəm, CəmiyyətPrezident Dövlət Agentliyinə vəsait ayırdı
Gündəm, SiyasətPrezident Dövlət Agentliyinə 3,1 milyon manat ayırdı
Gündəm, Siyasət