Gündəm, Ölkə
31 avqust 2020
979
Şahin İbadov: Azərbaycanda yol infrastruktur layihələri uğurla icra olunur
AAYDA - nın Nəqliyyat Departamentinin rəisi Şahin İbadov - Lənkəranda ümumi istifadədə olan 38 km yol yenidən qurulur
Lənkəran rayonunda əhalinin bir-neçə istiqamət üzrə rahat hərəkətini təmin edən, keçdiyi ərazilər boyu kənd təsərrüfatı və sənayenin birbaşa inkişafına şərait yaradan, bununla da sosial-rifah halına müsbət təsir edən avtomobil yollarının yenidən qurulması yekunlaşmaq üzrədir.
Ümumi uzunluğu 38.6 km olan avtomobil yolları 3 və 4-cü texniki dərəcəyə uyğun bir-neçə istiqamət üzrə müasir şəkildə yenidən qurulur. Bu rayonun Səpnəkəran-Şürük-Kosalar-Bala Şürük-Gərmətük-Velədi-Sütəmurdov və Kərgələn-Lüvəsər-Bəlləbur kəndlərini birləşdirən avtomobil yolları, həmçinin mövcud Ələt-Astara magistralının 10 km-lik hissəsidir.
Təbii ki, 10 yaşayış məntəqəsinin yollarının, həmçinin mövcud magistralın bu ərazidən keçən hissəsinin yenidən qurulması əhalinin ürəyincə olub. Çünki uzun illər onların istər rayon mərkəzinə, istərsə də Ələt-Astara magistral yolu və Lənkəran-Lerik respublika əhəmiyyətli yolu vasitəsi ilə qonşu rayonlara birbaşa çıxışında yolların təmirsiz olması ilə bağlı problemlər mövcud olub. Artıq bu problemlər geridə qalıb. Çünki sözügedən layihə çərçivəsində işlərin 90 faizindən çoxu icra olunub.
Sözügedən avtomobil yollarında nəqliyyat vasitələrinin intensiv hərəkəti, inzibati əhəmiyyəti və perspektiv inkişafı nəzə alınaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yenidənqurma işləri sonuncu mərhələ üzrə davam etdirilir.
Yenidənqurma işləri çərçivəsində yolların yararsız örtüyü mexanizmlə sökülüb, torpaq yatağının yararsız hissələri qazılıb çıxarılıb, torpaq yatağının yerin təbii relyef səviyyəsindən qaldırılaraq inşası, qazılmış hissələrin yenidən bərpası və yolun müəyyən hissələrində yolun normativ eninin alınması üçün genişmiqyaslı işlər görülüb, yol əsasın alt və üst layının inşası aparılıb. Sözügedən işlərin əhatə etdiyi sahə 380 min kv.metrə yaxındır.
Yol boyu yaşayan vətəndaşların pay torpaqlarında becərdikləri kənd təsərrüfatı məhsullarının suvarılması və məişətdə istifadəsi üçün yolun altından suların ötürülməsi məqsədi ilə sıradan çıxmış mövcud dəmir-beton borular bərpa olunub, zəruri olan yerlərdə müxtəlif diametrli yeni boruların tikintisi işləri aparılıb. Bu çərçivədə yol boyu müxtəlif diametrlərə malik 1922 paqon-metr uzunluğunda 164 dəmir-beton dairəvi suötürücü borular quraşdırılıb və izolyasiya olunub.
Hazırda agentliyin “Azəryolelmitədqiqatlayihə” institutunun hazırladığı layihəyə əsasən, əlaqələndirici bitum səpilməklə yolların iri və xırda dənəli asfalt-beton qarışığı ilə örtülməsi, çiyin hissələrin isə optimal qum-çınqıl qarışı ilə bərkidilməsi işləri aparılır.
Asfalt-beton örtüyünün salınması işləri yekunlaşandan sonra yollar boyu zəruri olan yerlərdə avtobus dayanacaqları, hərəkətin normal təşkili üçün isə yol nişanları, siqnal dirəkləri və km göstəriciləri quraşdırılacaq, üfiqi nişanlanma xətləri və piyada zolaqları çəkilməklə sözügedən yollarda müasir yol infrastrukturu yaradılaraq vətəndaşlarımızın istifadəsinə veriləcək.
Yenidənqurma işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, AAYDA-nin rəhbərliyinin birbaşa nəzarəti altında aparılır. İşlərin payız aylarında yekunlaşdırılması üçün tikinti ərazisinə lazımi sayda qüvvə və texnika cəlb olunub.
AAYDA - nın Nəqliyyat Departamentinin rəisi Şahin İbadov - Hər zaman ölkəmizin və xalqımızın maraqlarını hər şeydən üstün tutan Prezident İlham Əliyev
Pandemiyanın bütün dünya iqtisadiyyatında yaratdığı qlobal problemlərə baxmayaraq ölkədə aparılan uğurlu siyasət dövlətlər üçün təqdirəlayiq nümunəyə çevrilmişdir
Bütün bəşəriyyətin həyati təhlükə ilə sınağa çəkildiyi bir dövrdə karonavirus pandemiyasının dünyada yaratdığı qlobal problemlərə baxmayaraq Azərbaycanda həyata keçirilən effektiv qabaqlayıcı tədbirlərin, ilk gündən bugünkü günə qədər düşünülmüş dövlət siyasətinin, operativ qərarların qəbulu yolu ilə gərginliyin qarşısı önəmli ölçüdə alınmışdır. Ölkə Prezidenti cənab İlham Əliyevin avqustun 6-da koronavirusla mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı keçirilən müşavirədə qeyd etdiyi kimi, artıq üç həftədir ki, ölkəmizdə müsbət dinamika müşahidə edilir.
COVID-19 infeksiyası yayılmağa başladığı ilk günlərdən ölkə səhiyyəsi koronavirusla səmərəli mübarizə üçün tələb olunan standartlara uyğunlaşdırılmış, müasir tibbi laboratoriyalar, xüsusi avadanlıqlar alınmış, qoruyucu və dezinfeksiya vasitələrinin istehsalı təşkil olunmuşdur. Ən qısa müddət ərzində koronavirusla birbaşa mübarizə üçün 10 mindən artıq çarpayı yeri hazırlanmış, digər ölkələrdən böyük təcrübəyə malik olan həkim personalı Azərbaycana gətirilmiş, 9 modul tipli xəstəxana istismara verilmişdir. Bu gün Respublikada 46 xəstəxana bu istiqamətdə fəaliyyət göstərir.
Son dövrdə, əsasən, iyunun 21-dən etibarən ölkəmizdə xəstəlik çoxalmağa başlamış, lakin bütün resurslar xəstəliyə yönəlmiş, görülmüş preventiv tədbirlərin və həkimlərin yorulmaz fəaliyyəti nəticəsində Azərbaycanda bu xəstəlikdən ölənlərin sayı aşağı səviyyədədir.
Pandemiya şəraitində sosial və iqtisadi məsələlərin həlli istiqamətində də ardıcıl tədbirlər həyata keçirilmiş, bu dövrdə 5 milyona yaxın insan geniş sosial paketlə əhatə edilmiş, 760 min sahibkara lazımi maliyyə dəstəyi göstərilmiş, 600 min işsiz və aztəminatlı təbəqəyə aid olan insan dövlət tərəfindən qayğı ilə əhatə olunmuşdur. Heç təsadüfi deyil ki, ölkə Prezidenti cənab İlham Əliyevin son müşavirədə verdiyi tapşırığa əsasən, xüsusi karantin rejimi tətbiq edilən 13 rayonun həssas sosial təbəqədən olab insanlarına ayqust ayında da birdəfəlik ödəmənin verilməsi qərara alınmışdır.
Pan¬demiyanın hökm sürməsinə və dünya bazarında neftin qiymətinin aşağı olmasına baxmayaraq, ölkəmizdə çox böyük sosial layihələr həyata keçirilir və 2020-ci ildə rekord sayda məcburi köçkün ailəsi evlərlə, ordu sıralarında qüsursuz xidmət etmiş 400-dən çox hərbçi dövlət tərəfindən pulsuz mənzillərlə təmin olunacaqdır.
Respublikamızda həyata keçirilən sosial siyasətin mühüm istiqamətlərindən birini şəhid ailələrinin, Qarabağ müharibəsi veteranları və əlillərinin müdafiəsi təşkil edir. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə iyulun 21-də şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasiminin keçirilməsi də bunun bariz ifadəsidir. Qlobal böhranın iqtisadiyyata mənfi təsirlərinə baxmayaraq bu kateqoriyadan olan vətəndaşlar üçün yeni mənzillər tikilir, onlar avtomobillərlə təmin edilirlər. İndiyədək şəhid ailələrinə və müharibə əlillərinə 8142 mənzil və fərdi ev, müharibə əlillərinə 6900 avtomobil təqdim olunmuşdur. Eyni zamanda, özünəməşğulluq proqramının əhatə dairəsi genişləndirilmiş, ünvanlı sosial yardımdan istifadə edənlərin sayında da artımlar qeydə alınmışdır. Koronavirus pandemiyası bu gün qlobal iqtisadiyyatda kəskin azalmalara gətirib çıxarmış, dünya iqtisadiyyatında, eləcə də aparıcı ölkələrin ümumi daxili məhsulunda azalma müşahidə edilmişdir. Pandemiyanın bütün dünya iqtisadiyyatında yaratdığı qlobal problemlərə baxmayaraq ölkədə aparılan uğurlu siyasət dövlətlər üçün təqdirəlayiq nümunəyə çevrilmişdir.
Ölkə başçısı son müşavirədə qeyd etdi ki, bu gün ölkəmizdə bütövlükdə iqtisadiyyatın liberallaşdırılması ilə bağlı ölkənin iqtisadi blokuna məsul dövlət qurumları durum dəyərləndirmələri aparır, planlar qurur, özəlləşdirmə sahəsində də daha geniş islahatların aparılması gözlənilir. Cənab prezidentin tapşırığına əsasən, bu ilin sonuna qədər görüləcək işlər, xüsusilə, sahibkarlıqla bağlı olan işlər, eyni zamanda, dövlət şirkətlərinin idarə edilməsi istiqamətində atılacaq addımlar iqtisadi canlanmanı təmin edəcək, itkiləri azaldacaqdır. Bu gün Azərbaycanın iqtisadi gücü, maliyyə durumu ən mürəkkəb hallarda belə mühüm qərarlar qəbul etməyə və onun səmərəsini təmin etməyə imkan verir.
Azərbaycanda pandemiyanın yayılması sahəsində vəziyyətin yaxşılaşma istiqamətində inkişaf etdiyini nəzərə alaraq, Operativ Qərargah yaxın zamanlarda bir sıra yumşalma proseslərinə də hazırlıq işləri görür. Lakin, insanlarımız maska və sosial izolyasiya rejiminə, sanitar-epidemioloji qaydalara hələ uzun müddət riayət etməlidir. Çünki, xəstəlik yoxa çıxmayıb, xəstəliyə qarşı mübarizə aparılır. COVİD-19 bu gün dünyanın bir nömrəli bəlasıdır. Şükür olsun ki, Azərbaycanda koronavirusla bağlı mövcud vəziyyətin nəzarətdən çıxmaması üçün bütün qüvvələr səfərbər edilib. Biz də vətəndaş olaraq qaydalara əməl etməklə dövlət tərəfindən görülən tədbirlərə dəstək olmuş olarıq.
Daha çox xəbər:
Rəşid Piriyev cənab nazir Vilayət Eyvazovun rəhbərliyi altında dövlətimizə ...
Gündəm, Siyasətİlham Əliyev: “Beş milyona yaxın insan geniş sosial paketlə əhatə olunub”
SiyasətCavid Qurbanov videokonfrans keçirdi - Foto
Gündəm, Siyasət18 min insanın istifadə etdiyi yol yenidən quruldu - Fotolar
Gündəm, ÖlkəSaleh Məmmədov: Ölkəmizin yol infrastrukturu sahəsində əldə etdiyi uğurları ...
Gündəm, Cəmiyyət