Gündəm, Siyasət
07 sentyabr 2020
393
Prezident məktəbdəki təmir işləri ilə tanış olub - Fotolar

Prezident İlham Əliyev sentyabrın 7-də paytaxtın Nizami rayonunda 251 nömrəli tam orta məktəbdə aparılan əsaslı təmir işləri ilə tanış olub, bu təhsil ocağının yeni korpusunun açılışında iştirak edib.
Dövlət başçısına məktəbdə yaradılan şərait barədə məlumat verilib. Bildirilib ki, 1974-cü ildən fəaliyyətdə olan məktəbdə ümumilikdə 1700-ə yaxın şagird təhsil alır. Onların da təxminən yarısı ikinci növbədə dərsə gəlirib. Böyük sıxlıq var idi. Yeni korpus bu problemi aradan qaldıracaq.
Yeni korpus 840 şagird yerlikdir. Burada kimya, fizika, biologiya laboratoriyaları, 35 sinif otağı, kitabxana, oxu zalı və yardımçı otaqlar var. Məktəbin şagirdləri də uğurları ilə fərqlənirlər. Onlar Rumıniyada, Türkiyədə keçirilən müsabiqələrin qalibləri olublar.







Daha çox xəbər:

İlham Əliyev Bakıda 251 nömrəli məktəbin yeni korpusunun açılışında iştirak ...
Gündəm, Siyasət
İlham Əliyev və Mehriban Əliyeva ADA Universitetinin iki yeni korpusunun aç ...
Siyasət
İlham Əliyev və Mehriban Əliyeva ADA Universitetinin iki yeni korpusunun aç ...
Gündəm, Siyasət
Prezident “Bal meyvə” bağçılıq təsərrüfatı ilə tanış olub - Fotolar + Video ...
Gündəm, Siyasət, Video
Prezident İlham Əliyev Azərbaycan Dövlət Aqrar Universitetinin yeni tədris ...
Gündəm, Cəmiyyət