Gündəm, Cəmiyyət
20 oktyabr 2020
225
Xaçmaz RPŞ-nin rəisi və şəxsi heyəti yaralı əsgərləri ziyarət ediblər - FOTO
Polis əməkdaşları şanlı Azərbaycan ordusunun sentyabrın 27-dən başlayan Vətən Müharibəsində yaralanan hərbçiləri ziyarət edib.
Bu barədə Xaçmaz RPŞ-nin yayımladığı məlumatda qeyd olunub.
Xaçmaz Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Həmid Həsənov, şöbənin şəxsi heyəti, eləcə də digər rayon sakinləri ürəyi Vətən eşqi ilə döyünən yaralı əsgərlərlə görüşüb.
Mərd oğulların bu günlərdə ziyarətçiləri də az deyil. Daha sonra RPŞ-nin əməkdaşları yaralı əsgərlərin ailələrinə də baş çəkib. Övladlarını mərdliklə vətən uğrunda döyüşündən fəxrlə danışan valideynlərə belə vətənpərvər övladlar böyütdükləri üçün təşəkkür edən polislərimiz, onlarla fəxr etdiklərini bildiriblər.
Şanlı ordumuz sentyabr ayının 27-dən başlayan Vətən Müharibəsi ilə dünyaya Azərbaycan ordusunun gücünü, qüdrətini bir daha sübut etdi. Düşməni peşman edən mərd oğullarımız cəsarətlə Vətən uğrunda döyüşlərə atıldılar. Onların arasında döyüşlərdə şəhidlik zirvəsinə ucalanlar da, güllə yarası alanlar da var.
Daha çox xəbər:
Ermənistan səhiyyəsi süqutunu yaşayır, yaralı hərbçilər xəstəxanalarda ölür
DünyaMüdafiə Nazirliyi döyüşə getmək istəyən könüllülərə müraciət etdi
CəmiyyətVilayət Eyvazov bölmə rəisi təyin etdi
SiyasətZakir Həsənov şəxsi heyəti təbrik etdi
ÖlkəAzərbaycanda polis şöbəsinin bütün rəhbər heyəti işdən çıxarıldı — SON DƏQİ ...
Siyasət