Siyasət
11 iyun 2020
500
Azərbaycanda polis şöbəsinin bütün rəhbər heyəti işdən çıxarıldı — SON DƏQİQƏ
Ağstafa Rayon Polis Şöbəsinin (RPŞ) rəhbər heyəti tutduqları vəzifələrdən azad ediliblər.
"Report"un Qərb Mərkəzinin əldə etdiyi məlumata görə, polis şöbəsinin Əməliyyat üzrə rəis müavini İlham Kərimov, Xidmət üzrə rəis müavini Cabir Ələsgərov, Şöbənin Post Patrul Xidməti üzrə Komandiri Qabil Ələsgərov, baş müstəntiqi Rəşad Məhərrəmov və Köçvəlili Polis Bölməsinin rəisi Vüqar Məmmədli işdən çıxarılıblar.
Məlumat üçün bildirək ki, bir müddət əvvəl Ağstafa RPŞ-nin rəisi Elsevər Əli oğlu Aslanov tutduğu vəzifədən azad olunaraq sərəncama götürülüb.
Xatırladaq ki, 2019-cu ilin dekabr ayında Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat nəticəsində Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev həbs edilib.
Daha çox xəbər:
Vilayət Eyvazov yeni rəis təyin etdi
SiyasətYasamalda qadına “dovşan” deyən polis üzr istədi və işdən çıxarıldı
KriminalVilayət Eyvazovdan yeni TƏYİNATLAR
Gündəm, SiyasətBakının 4 rayonunda polis əməliyyat keçirdi — Saxlanılanlar var
KriminalAzərbaycanda icra nümayəndəsinin oğlu heroinlə tutuldu – FOTO
Kriminal