Gündəm, Cəmiyyət
17 iyun 2020
309
Gəncədə Şəhid anası susuzluqdan fəryad edir, məmurlar göz yumur !!!!!
Hörmətli oxucular, hörmətli xalqım !!!
Mən bir şəhid anası kimi üzümü respublika Prezidentinə tuturam ki, mən 1988-ci il Gəncə şəhərinə yeridilən keçmiş Rus imperiasının vəhşi ordusu, o ordu ki, Gəncə şəhərinə yeridiləndə həmin ordu erməni milləti ilə Gəncə şəhərində yerləşən 2-ci çast deyilən ərazidə ermənilərnən birləşib Gəncə əhalisini 20 yanvar hadisəsi kimi qırmağa başladılar. Həmin vaxt mənim qız övladım 17 günlük körpəsini sinəsinə basaraq Şəhərə yeridilən ağır zirehli texnikaların tank , BTR , BMP və sair və ilaxır üzərinə ağ əski ilə gedərək şəhər camaatına atəş açılmasın , rəhm edilsin deyərək əsgər və ermənilərin əraszisinə üz tutaraq üzərinə getdi körpə 17 günlük balası ilə. Ancaq buna məhəl qoymayan həm əsgərlər həmdə erməni qəsibkarları onu qanına qəltan edərək gözlərini əbədi yunmağa vadar etdi. 1988-ci il Noyabr ayının 25-dən 26-sına keçən gecə qız övladım ən uca zirvəyə ŞƏHİDLİK zirvəsinə ucaldı. Ancaq o vaxt ki, hakimiyyət nədənsə övladıma şəhidlik statusu verməkdən qorxaraq hər işdən boyun qaçırdılar.
Ancaq 1993-cü ildə Heydər Əliyevin Xalqın xilaskarı kimi geri dönməsindən sonra mənim ona tək müraciətim oldu ki, qız övladıma hüquqi cəhətdən qiymət verilsin. Ancaq Heydər Əliyev vətənin layiqli oğlu kimi qızım Yusibova ( Kazımova ) Məxluqə Xudayar qızına Respublikanın şəhidi adı verilməsinə göstəriş verdi. Allah onada dünyasını dəyişən şəhidlərimizədə rəhmət etsin !!!
İndi 32 ildir şəhid vermiş bir ana su üzünə həsrətəm , bunun üçün sizlərə müraciət edirəm ki, mənim haqq səsimi hər yana çatdırasız.
Daha çox xəbər:
Şəhid ailələri və müharibə əlillərinə avtomobil və mənzillər verildi — FOTO
Cəmiyyətİcra başçısının oğlunu öldürən Lamiyə Azərbaycandan getdi
KriminalBu gün Milli Qurtuluş Günüdür — Xalq artistlərinin yaddaşında qalan HEYDƏR ...
Gündəm, SiyasətŞUŞASIZ QARABAĞ, QARABAĞSIZ AZƏRBAYCAN YOXDUR…
Gündəm, Siyasət"İki ayda etdiyimi dövlət məmurları, deputatlar, icra başçıları 15 ildə et ...
Şou biznes