Gündəm, Siyasət
17 noyabr 2020
173
Azərbaycan Prezidenti: "Paşinyanın 7 şərtini başına vurduq"
“Bundan sonra artıq heç kim bizimlə ulitimatum dilində danışmayacaq. O cümlədən rəzil vəziyyətdə olan Paşinyan bizə 7 şərt bizə irəli sürmüşdü. Başına vurduq bütün o şərtləri. Nə oldu o şərtlər?”.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarında, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərinə səfəri zamanı deyib.
“Mənim bir şərtim var idi – rədd ol çıx get! O şərtə əməl edildi. Güc hesabına, birlik hesabına, igidlərimiz hesabına, şəhidlərimiz hesabına. İşğaldan azad edilmiş Füzuli şəhərində bir daha bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Onların yaxınlarına səbr diləyirəm. Onların valideynlərinə təşəkürümü bildirirəm ki, dövlətimizin üçün, xalqımız üçün belə igidlər yetişdirib ”, - dövlət başçısı vurğulayıb.
Daha çox xəbər:
Prezidentlə xanımının Füzuli və Cəbrayıl səfərindən geniş - Video
Gündəm, Siyasət, Videoİlham Əliyev və Mehriban Əliyeva Füzuli, Cəbrayıl və Xudafərində - FOTO
SiyasətPrezident və Birinci vitse-prezident işğaldan azad edilmiş Füzuli və Cəbray ...
Gündəm, Siyasət, Videoİlham Əliyev: “Füzuli işğaldan azad olundu
Gündəm, SiyasətPrezident: “Ordumuzun Füzuli əməliyyatı hərbi kitablara daxil ediləcək”
Gündəm, Ölkə