Gündəm, Siyasət
24 noyabr 2020
323

İlham Əliyev: "Bizə mənəvi və siyasi dəstək verən mənim qardaşım Rəcəb Tayyib Ərdoğan olub"

İlham Əliyev: "Bizə mənəvi və siyasi dəstək verən mənim qardaşım Rəcəb Tayyib Ərdoğan olub"


“Bu 44 gün ərzində bizə mənəvi və siyasi dəstək verən Türkiyə Cümhuriyyəti olub, mənim qardaşım Prezident Rəcəb Tayyib Ərdoğan olub və bir neçə digər müsəlman və qeyri-müsəlman ölkələrin rəhbərləri olub”.
Bunu noyabrın 23-də işğaldan azad olunmuş Ağdam şəhərində səfərdə olan Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev deyib.

“Biz bu Qələbəni birlik, əzm, iradə və güc hesabına əldə etdik. Bu gün, müharibə başa çatandan sonra artıq Qərb dairələrindən bəzi Qərb liderləri məsələ qaldırırlar ki, bəs, Azərbaycanın nəzarətinə keçən azad edilmiş torpaqlarda xristian məbədləri necə olacaq? Həm mənimlə söhbət zamanı, həm rəsmi bəyanatlarda narahatlıq ifadə edirlər”, - dövlət başçısı bildirib.