Gündəm, Siyasət
01 dekabr 2020
320
Ali Baş Komandan: "Laçın dəhlizi erməni işğalçı qüvvələrindən təmizlənib"
“Laçın rayonunun strateji əhəmiyyəti, eyni zamanda, ondan ibarətdir ki, rayon ərazisindən və Laçın şəhərinin içi ilə Laçın dəhlizi keçir”.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün xalqa müraciətində deyib.
Prezident İlham Əliyev bildirib ki, bu dəhliz Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə verilib: “Dəhliz uzun illər erməni silahlı qüvvələrinin, işğalçıların nəzarətində idi. Deyə bilərəm ki, noyabrın 10-da imzalanmış birgə Bəyanatın ilkin versiyasında bu dəhlizin erməni silahlı qüvvələrinin nəzarətində qalması ilə əlaqədar müddəa var idi. Mən buna etiraz etdim və nəticədə bu dəhliz Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə verilmişdir. Hesab edirəm ki, bu, çox böyük nailiyyətdir. Laçın dəhlizi erməni işğalçı qüvvələrindən təmizlənib. Onu da bildirməliyəm ki, Bəyanatın ilkin versiyasının üzərində fəal işlər gedirdi, xüsusilə Şuşa şəhəri işğaldan azad olunandan sonra qısa müddət ərzində. Bəyanatın ilkin versiyasında bizə təklif edilirdi ki, Laçın dəhlizinin eni 30 kilometr olsun. Mən buna qəti etiraz etdim və dedim ki, Ermənistan tərəfinin bu iddiası tamamilə əsassızdır. Dəhliz çərçivəsində təhlükəsizlik tədbirlərini təmin etmək üçün bu qədər geniş dəhlizə ehtiyac yoxdur. Ona görə mən bunu tamamilə qəbuledilməz təklif kimi hesab etdim və öz fikrimi bildirdim. Ondan sonra ikinci variantda Laçın dəhlizinin eni 10 kilometr nəzərdə tutulurdu. Buna da mən razılıq vermədim və nəticədə 5 kilometr eni olan dəhliz haqqında razılıq əldə edildi. Beş kilometr həm bizim üçün, həm Dağlıq Qarabağda yaşayan ermənilər üçün və təhlükəsizliyi təmin etmək üçün kifayət qədər məsafəni əhatə edir”.
Daha çox xəbər:
Dövlət başçısı: "5 min kvadratkilometrə yaxın ərazini döyüş meydanında aza ...
SiyasətDövlət başçısı: “Biz Ağdam, Kəlbəcər və Laçın rayonlarını bir güllə atmadan ...
SiyasətBu gün Laçın 28 illik işğaldan qurtulur
Gündəm, ÖlkəRusiyanın sülhməramlı hərbçiləri Laçın dəhlizini nəzarətə götürdü
CəmiyyətErmənilərin “nəfəs borusu” adlandırdıqları Laçın dəhlizi – Tarixi, əhəmiyyə ...
Gündəm, Cəmiyyət