Gündəm, Cəmiyyət
01 dekabr 2020
235
Qarabağ Azərbaycandır!
Qarabağın hər qarışı, hər kəndi, şəhəri, gülü, çiçəyi Azərbaycandır. İstər Yuxarı Qarabağ olsun, istər Aran Qarabağ, havasından, suyundan, bulağından tutmuş Xarı bülbülünə qədər, çinarlar meşəsinə, Cıdır düzünə qədər hər parçası, hər yeri Vətəndir.Adını da biz qoymuşuq. Cənab prezidentimiz, fateh sərkərdəmiz İlham Əliyevin dediyi kimi, Qarabağ isminin özü Azərbaycan türkcəsindədir...
Biz bu günlərə yüz illərlə itirə-itirə gəlib çıxmışıq. Torpaqlarımızı, igid övladlarımızı, qazandığımız nemətləri, var-dövlətimizi itirmişik. Amma ötən bu 44, hər biri əsrə bərabər gün onu da göstərdi ki, bizim qazandıqlarımızda var. Həm də az deyil. Qanı qurumayan yaralarmızdan boy vermişik hər dəfə xəyanətə uğrayanda, nankor, hiyləgər düşmənin hər dəfə namərd zərbəsinə tuş gələndə dostu-düşməni ayırmağı öyrənmişik. İtirə-itirə, azala-azala içimizdə Vətən məhəbbəti böyütmüşük. Bax elə bu məhəbbət qanımızla nəsildən-nəsilə keçib, bu günün qəhrəmanlarını yetişdirib. Qan yaddaşı hər günü, hər ayı, hər ili.hər dönəmdə Suşa, Laçın, Kəlbəcər, Ağdam, Qubadlı, Füzuli...itkisini ağrı-acısı ilə ömrümüzə həkk edib. Xocalı yarası, Daşaltı itkisi, 20 noyabr təyyarə faciəsi və daha nələr xəyallarımıza, xatirələrimizə, sevinclərimizə kölgə salıb .20 yanvarda bizi qürurumuz, dəyanətimiz və qeyrətimizlə sınağa çəkiblər.
Dünyanın ən xeyirxah,ən məğrur və ən saf niyyətli bir xalqı olsaq da daim xəyanətin, hərsliyin,nankorların hədəfi olmuşuq. Bircə dostumuz olub hər dəfə yanımızda-qanı qanımızdan, canı canımızdan, soyu soyumuzdan qardaş Türkiyəmiz...
Hər bir xalq tarixə bəxş etdiyi qəhrəmanları, dahiləri, şəhidləri və liderləri ilə yaşamaq haqqını özündə saxlaya bilir. Əgər Azərbaycan indi ən xoşbəxt günlərini yaşayırsa, deməli, qüdrətli xalqımız bəşəriyyətə verdiyi bu möhtəşəm töhfələi ilə də qürurlana, fəxr edə bilər. Və əgər Azərbaycan Respublikası dünyanın müharibələr ocağında, güclülərin meydan suladığı, "arxalı köpək qurd basar” məsəlinin xülyasına qapılan Ermənistan kimi hiyləgər, məkirli, amansız düşmənin dizini yerə vurursa məzluma ümid, qaçqının Vətən həsrətinə son verirsə bu həm də tarixi və ilahi ədalətin təntənəsidir.
Ruhunuz şad olsun, əziz şəhidlərimiz! Ruhun şad olsun əziz Ulu Öndərimiz! Xoşbəxtdik ki, sizə layiq olduğumuzu sübut edə bildik.
Yaşasın Azərbaycan!
Qarabağ Vətəndir!
Qarbağ Azərbaycandır!
Sevda Xaspoladova
Azərbaycan Dillər Universitetinin baş müəllimi
Daha çox xəbər:
Fateh Sərkərdə, tarixi Qələbə!
Gündəm, Ölkəİradə xanım Gülməmmədova: Qarabağ bizimdir ! Qarabağ Azərbaycandır !
Cəmiyyət“Qara buludların ardından günəş doğdu” - Türkiyə rəsmilərindən Şuşa paylaşı ...
DünyaRamil Quliyev: “Qarabağ bizimdir, Qarabağ Azərbaycandır”
İdmanAğrı dağının zirvəsində “Qarabağ Azərbaycandır!” şüarı qaldırıldı – FOTO
Ölkə