Gündəm, Siyasət
14 dekabr 2020
273
Ermənistanın zərər vurduğu mülki əhaliyə pul vəsaiti ödəniləcək - SƏRƏNCAM
Prezident İlham Əliyev "2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə dəymiş ziyanın ödənilməsi ilə bağlı əlavə tədbirlər haqqında" sərəncam imzalayıb.
Sərəncama əsasən sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhalinin əmlakına dəymiş ziyanla bağlı aşağıdakı məbləğdə maddi yardım ödəniləcək:
• dağıdılmış və ya qəzalı vəziyyətə düşmüş yaşayış evləri üzrə məişət əşyalarına dəymiş ziyanla bağlı hər bir ailəyə 6 000 manat, şəxsi əşyalara dəymiş ziyanla bağlı hər bir ailə üzvünə 1 500 manat məbləğində;
• digər ziyan dəymiş yaşayış evləri üzrə hər bir ailəyə 1 000 manat məbləğində.
Nazirlər Kabinetinə bu Sərəncama uyğun olaraq maliyyələşməni təşkil etmək, aidiyyəti yerli icra hakimiyyəti orqanlarına isə nəzərdə tutulmuş maddi yardımın yaşayış evlərinin sahiblərinə və ya onların qanuni nümayəndələrinə bank vasitəsilə ödənilməsini təmin etmək tapşırılıb.
Daha çox xəbər:
Erməni təcavüzü nəticəsində 3 mindən çox yaşayış evi yararsız vəziyyətə düş ...
KriminalErmənistanın mülki əhaliyə vurduğu ziyan barədə son məlumat
CəmiyyətKəmaləddin Heydərov: “Dağıdılmış mülki obyektlər və yaşayış binalarının ham ...
Gündəm, CəmiyyətPrezident yol tikintisinə 22 milyon manat ayırdı — SƏRƏNCAM
İqtisadiyyatPrezident bu rayonlarla bağlı sərəncam verdi
Gündəm, Siyasət